"Bankların səlahiyyətlərinin əlindən alınması üçün uğursuz zaman seçilib" - Ekspert
13:54 28.04.2020
İqtisadiyyat
914
Azərbaycandakı bəzi bankların bütün səlahiyyətləri alınıb. Mərkəzi Bankın İdarə Heyətinin 27 aprel 2020-ci il tarixli müvafiq qərarları ilə “Atabank” ASC, “AGBank” ASC, “NBCBank” ASC və “AmrahBank” ASC-ə müvəqqəti inzibatçılar təyin olunublar.
Qanunvericiliyə uyğun olaraq qeyd olunan bankların idarә olunması üzrә bütün sәlahiyyәtlәr, o cümlәdәn, bank sәhmdarlarının ümumi yığıncağının sәlahiyyәtlәri müvәqqәti inzibatçıya keçib.
Yeni qərarla bağlı fikirlərini “Sherg.az”la bölüşən bank məsələləri üzrə ekspert Əkrəm Həsənov bildirib ki, bankların səlahiyyətlərinin əlindən alınması üçün uğursuz zaman seçilib.
Ekspertin sözlərinə görə, onsuz da hazırda iqtisadiyyatda pandemiya və karantin dövrü ilə əlaqədar panika var:
“Müvәqqәti inzibatçının təyinatı vətəndaşların və sahibkarların bank hesabındakı vəsaitdən istifadə etmə imkanını məhrum edir. Mərkəzi Bank o zaman müvəqqəti inzibatçı təyin edə bilər ki, hansısa bankın maliyyə problemləri olsun. Bankların əsasən ödəmə qabiliyyətində problemlər olduqda, yəni öhdəliklərini yerinə yetirmədikdə müvəqqəti inzibati iş təyin olunur. Müvәqqәti inzibatçı bir qayda olaraq Mərkəzi Bankın işçiləri olur. Onlar gəlib məsələni yerində ayırd etməlidirlər. Banklardan səlahiyyətlərin alınmasını karantindən sonra da etmək olardı. Həmçinin karantindən əvvəl də belə qərar qəbul edilə bilərdi. Banklardakı problemlər dünən çıxmayıb, mövcud problemlər əvvələr də var idi”.
Ə.Həsənov hesab edir ki, 4 bankı birləşdirmək düzgün deyil:
“Bankda ödəmə qabiliyyətində problemlərin yaranması üçün 2 əsas ola bilər. Ola bilər ki, bankda müvəqqəti likvidlik problemi var. Yəni, bank alacağını vaxtında ala bilmədiyi üçün verəcəyini zamanında verə bilmir. Məsələn, bank 1 milyon əmanət cəlb edib və 2 milyon kredit verib. Kredit verdiyi sahibkarlar isə pulu qaytarmır. Bu zaman bank məcburdur ki, məhkəməyə müraciət etsin. Amma Azərbaycanda məhkəmə illərlə davam edir. Belə olan zaman əmanətçi banka gəlib pulunu tələb edir. Əvvəl-axır bank məhkəmədə qalib gəlib pulunu geri götürəcək. Belə olan halda bankın problemi müvəqqətidir. Ona görə Mərkəzi Bank həmin banklara kredit verməlidir”.
İqtisadçı qeyd edib ki, adları çəkilən 4 bankdakı problemlər 1 ilə yaxındır ki var:
“Ona görə də müvəqqəti inzibatçılıqla bağlı qərar yanlışdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi