"Bazar qiymətləri insanların gəliri ilə tərs-mütənasibdir" - Ekspert
Yusif Nəzərli
11:32 20.08.2023
İqtisadiyyat
829
Bolluqdur, amma...
Hazırda bir sıra kənd təsərrüfatı məhsulları üzrə istehsal və tədarük mövsümü olsa da, qiymətlər yenə aşağı düşmür. Xüsusən də qarpız, pomidor kimi məhsulların qiymətinin bu mövsümdə baha olması vətəndaşlar arasında narazılığa səbəb olur.
İqtisadçı-ekspert Əyyub Kərimli isə “Sherg.az”a açıqlamasında kənd təsərrüfatı məhsullarının bazarlarda yox, pərakəndə satışda daha baha olduğunu deyib: “Pərakəndə satışa çıxarılan məhsullar topdansatış məntəqələrindən yüksək qiymətə təqdim edilir. Bu da maya dəyərinə görə hesablanır. Ümumiyyətlə,
pərakəndə satışda isə kənd təsərrüfatı məhsullarının və tərəvəzlərinin qiymətinin baha olmasına bir neçə amil təsir edir.
Kənddən-şəhərə qədər daşınan məhsulların xərci çox olur, vasitəçilər də üstünə qiymət qoyur. Üstəlik, topdansatış məntəqələrindən pərakəndə meyvə-tərəvəz dükanlarına daşıma da məhsulun maya dəyərini artırır.
Pərakəndə satışda meyvələrin baha olmasının bir səbəbi də zay olan məhsulların maya dəyərinin satış qiymətlərinin üzərinə əlavə olunmasıdır.
Ötən illə müqayisədə manatın alıcılıq qabiliyyətinin aşağı düşməsi və inflyasiya ilə əlaqədar müşahidə olunan ümumi bahalaşma da kənd təsərrüfatı məhsullarının qiymətinə təsir edir. Yəni hər nə qədər bolluq olsa da, bugünkü bazar qiymətləri insanların gəliri ilə tərs-mütənasibdir. Ölkədə kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri yüksəlib.
Fermerlər də məhsulu yetişdirənə qədər ona daha artıq xərc çəkdikləri üçün bahalıq müşahidə olunur”.
Ə.Kərimlinin sözlərinə görə, qiymətləri baha olan məhsullar adətən seçmə məhsullardır: “Pərakəndə satışdan alver edən alıcılar hər məhsulu seçir. Bu zaman da birinci və ikinci sort məhsul anlayışı meydana çıxır. Satıcılar da seçilmiş məhsulu baha satır ki, ikinci sortu da aşağı qiymətə satsın və məhsul zay olmasın. Tövsiyə edirəm ki, kənd təsərrüfatı məhsulları bazarlardan alınsın. Həftə sonları bazara gedən insanlar öz büdcəsinə uyğun məhsul tapa bilər.
Kənd təsərrüfatı yarmarkalarının bərpası, topdansatış məntəqələrinin sayının artırılması da daha məqsədəuyğun olardı.
Hazırda Bakı şəhərində bircə dənə topdansatış mağazası var. Fermerlərin də gəlib ora daxil olması ilə bağlı çox ciddi məhdudiyyət və problemlər yaşanır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır
19:25 17.08.2026
Elm və Təhsil
Zimbabvedə qayıq qəzasında ölənlərin sayı 92-yə çatdı
19:15 17.08.2026
Dünya
CNN: Kuşner Netanyahunu Qəzzada sülh planının icrasına təşviq edib
18:40 17.08.2026
Dünya
"Reuters": İran müdafiə siyasətindən hücum strategiyasına keçir
18:36 17.08.2026
Dünya
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
18:21 17.08.2026
Sosial
SEPAH Trampın gizli əlaqə iddiasını təkzib etdi
18:14 17.08.2026
Dünya
Rusiyalı siyasətçi 11 il həbs cəzasına məhkum edilib
18:11 17.08.2026
Dünya
TƏBİB sədri daha 2 vəzifəli şəxsi işdən çıxardı
17:39 17.08.2026
Sağlamlıq
Azərbaycanda dərman istehsalı 58%-ə yaxın artıb
17:30 17.08.2026
Sosial
Tramp İrana hücum xəbərdarlığı etdi
16:42 17.08.2026
Gündəm
Magistral kəmərlərlə qazın nəqli 2%-dən çox artıb
16:41 17.08.2026
İqtisadiyyat
Yaponiya səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
16:26 17.08.2026
Dünya