Bir il ərzində Azərbaycanda bahalaşan ərzaq məhsullarının siyahısı: QİYMƏTLƏR - FOTO
Yusif Nəzərli
10:46 20.12.2021
İqtisadiyyat
575
2021-ci ilin yanvar-noyabr aylarında istehlak bazarında qiymətlər ötən ilin eyni dövrü ilə müqayisədə 6,2 faiz artıb. Ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə artım 7,4 faiz olub.
Oxu.Az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi rəqəmlərə əsasən, cari ilin noyabr ayında istehlak səbətinə daxil olan məhsul və xidmətlərin dəyəri 1,5 faiz, 2020-ci ilin noyabr ayına nisbətən isə 11,1 faiz artıb.
Ötən ilin noyabr ayı ilə müqayisədə 2021-ci ilin noyabr ayında çörək, çörək məmulatları və yarmalar 9,5 faiz, ət və ət məhsulları 3,5 faiz, balıq və balıq məhsulları 10,3 faiz, süd və süd məhsulları, yumurta 13,3 faiz, kərə və bitki yağları 12,5 faiz, meyvələr 11 faiz, tərəvəzlər 59,1 faiz, qənd, cem, bal, şokolad və konfetlər 12 faiz, digər kateqoriyalara aid edilməyən ərzaq məhsulları 8,9 faiz, çay, qəhvə və kakao 7,9 faiz, mineral sular, sərinləşdirici içkilər və şirələr 6,5 faiz, araq, konyak 3,6 faiz, çaxır 5,8 faiz, pivə 4,1, tütün məmulatları 8,2 faiz bahalaşıb.
Son bir ay ərzində (noyabr) qiymətində 3 faizdən çox artım müşahidə olunan ərzaq məhsullarından xüsusilə ağartıları - süd, qatılaşdırılmış süd, yoğurt, xama, qatıq, ayran, pendir növləri, kəsmik, yumurta və kərə yağı qeyd etmək lazımdır. Həmçinin ölkədə bir ay ərzində qarabaşaq yarmasının, meyvələrdən banan, armud, qurudulmuş meyvələrdən əriyin qiymətində artım olub. Çərəzlərdən qoz, tərəvəzlərdən ağ kələm, xiyar, pomidor, badımcan, şirin bibər, sarımsaq, soğan, kartof, qara noxud, mərci və şəkər tozunun qiyməti daha çox artıb.
Aşağıdakı fotolarda ərzaq məhsullarının 2021-ci ilin noyabr ayındakı orta aylıq qiymətləri və 2020-ci ilin noyabr aylarındakı orta aylıq qiymətləri əks olunub, qiymətlə manatla ifadə olub:
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens: İranla danışıqlarda çox yaxşı irəliləyiş var
23:54 19.05.2026
Dünya
"The New York Times": Tehran dağıdılmış tunelləri bərpa edir
23:28 19.05.2026
Dünya
Qorxulu iqlim ssenarisi üçün əsas yoxdur - Ekoloq
22:44 19.05.2026
Ekologiya
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
22:27 19.05.2026
Dünya
Fransa hərbi xərcləri 36 milyard avro artıracaq
22:06 19.05.2026
Dünya
"Meta" yeddi min işçisini süni intellekt bölməsinə keçirir
21:33 19.05.2026
Texnologiya
Tramp: Si Cinpin İrana silah göndərilməyəcəyinə təminat verib
20:48 19.05.2026
Gündəm
Demet Özdemir Kann festivalında diqqət mərkəzində oldu
20:44 19.05.2026
Şou
Tramp Kuba ilə razılaşmanın mümkün olduğunu deyib
20:28 19.05.2026
Dünya
Tramp Ağ Evin damına dron yerləşdiriləcəyini bildirib
20:19 19.05.2026
Gündəm
NATO Hörmüz boğazında gəmiçiliyi bərpa etmək istəyir
20:07 19.05.2026
Gündəm
Putin Çinə səfər edib
19:56 19.05.2026
Dünya
Tramp: Onlara daha bir böyük zərbə vurmalıyıq
18:59 19.05.2026
Dünya
ABŞ Avropadakı hərbçilərin sayını azaltmaqda davam edəcək
18:50 19.05.2026
Dünya