
Blokadadan regional mərkəzə: Naxçıvanın nəqliyyat gələcəyi
11:59 28.08.2025
İqtisadiyyat
534
Xəbər verdiyimiz kimi bu gün Prezident İlham Əliyev avqustun 28-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrononu qəbul edib.
Görüşdə ölkəmizin Ermənistanla ikitərəfli əsasda etimad quruculuğu tədbirlərini dəstəklədiyi qeyd olunub.
Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan regionu arasında maneəsiz nəqliyyat və tranzit bağlantısının yaradılmasının vacibliyi bir daha vurğulanıb, xüsusilə Naxçıvanda nəqliyyat infrastrukturunun yenilənməsi istiqamətində Avropa İttifaqı ilə əməkdaşlıq üçün geniş imkanların olduğu bildirilib.
Nəqliyyat eksperti Elməddin Muradlı “Sherg.az”a bildirdi ki, Cənab Prezidentin nəqliyyat və logistika sahəsinə münasibəti xüsusi əhəmiyyət kəsb edir:

“Bu münasibət yalnız Naxçıvanla məhdudlaşmır, Azərbaycanın bütün bölgələrini əhatə edir. Prezident nəqliyyat və logistika məsələlərinə son dərəcə həssaslıqla və diqqətlə yanaşır, bu sahənin inkişafı ilə bağlı ciddi tapşırıqlar verir, dövlət proqramlarını təsdiqləyir, müxtəlif sərəncamlar imzalayır. Eyni zamanda, bir sıra ölkələrin şirkətlərinin bu sahəyə cəlb olunması istiqamətində təkliflər irəli sürür, danışıqlar aparır və razılıq verir. Naxçıvan isə burada xüsusi strateji önəmə malikdir. Belə ki, uzun illərdir blokada şəraitində yaşayan Naxçıvanın Azərbaycanın digər əraziləri ilə birbaşa nəqliyyat əlaqəsinin təmin edilməsi vacibdir. Cənab Prezidentin illərdir yürütdüyü siyasət məhz bu məqsədə yönəlib. Bundan əlavə, Naxçıvanda nəqliyyat infrastrukturunun yenilənməsi regionun logistik mərkəz kimi formalaşmasına gətirib çıxaracaq. Naxçıvan bu istiqamətdə çox böyük potensiala malikdir. Lakin blokada şəraiti uzun illər onun imkanlarını məhdudlaşdırıb. Zəngəzur dəhlizinin açılması ilə bu istiqamətdə ciddi dəyişikliklərin şahidi olunacaq və Naxçıvanın iqtisadi dirçəlişi təmin ediləcək. Ötən il Naxçıvana səfərim zamanı müşahidə etdim ki, regionun həm nəqliyyat-logistika, həm kənd təsərrüfatı, həm də turizm baxımından geniş potensialı mövcuddur. Sadəcə olaraq, bu imkanlardan istifadə məhdud xarakter daşıyır. Hazırda təyyarə ilə səfərlər o qədər də əlverişli deyil, çünki bəzən biletlərin əldə olunması çətinlik yaradır və hava nəqliyyatı əhali üçün arzuolunan seçim sayılmır. Lakin avtomobil və dəmir yolu nəqliyyatı vasitəsilə regionun iri nəqliyyat-logistika mərkəzinə çevrilməsi mümkündür. Bu transformasiya baş verərkən ilk növbədə nəqliyyat və logistika məsələlərinə prioritet diqqət yetirilməlidir. Cənab Prezidentin siyasəti də məhz Naxçıvanın logistik baxımdan mühüm mərkəzə çevrilməsinə və inkişafına yönəlib”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ Kubaya qarşı hərbi ssenaridən imtina edib
23:38 14.08.2026
Dünya
Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran
22:55 14.08.2026
Region
Qubada 5 bal gücündə zəlzələ olub
22:04 14.08.2026
Hadisə
Naxçıvana yatırılan GƏLƏCƏK
21:45 14.08.2026
Aktual
Latviya prezidenti təcili geri qayıtdı: ölkədə nə baş verir?
21:14 14.08.2026
Dünya
İsrail Suriya ilə müharibənin qaçılmaz olduğunu elan etdi
20:48 14.08.2026
Aktual
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm