“Brent” markalı neft 66,44 dollar/barelə kimi bahalaşıb
16:33 14.08.2025
İqtisadiyyat
414
ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında keçiriləcək görüş ərəfəsində neftin qiyməti yüksəlib.
“Report” “İnterfaks”a istinadən xəbər verir ki, Londonun “ICE Futures” birjasında “Brent” markalı neftin oktyabr müqavilələrinin dəyəri Bakı vaxtı ilə saat 18:59-a olan vəziyyətə görə 0,81 dollar (1,23 %) artaraq bir barelə görə 66,44 dollar olub.
Nyu-York əmtəə birjasında (NYMEX) sentyabr ayı üçün WTI markalı neftin fyuçersləri də 0,81 dollar (1,29 %) artaraq 63,46 dollar/barelə bərabər olub.
“ABŞ-Rusiya danışıqları ətrafındakı qeyri-müəyyənlik risk mükafatını artırmağa davam edir, çünki Rusiya neftinin alıcıları daha böyük iqtisadi təzyiqlə üzləşə bilərlər”, - “Rystad Energy” analitik qeydində bildirib.
Xatırladaq ki, Putinin Trampla görüşü cümə günü axşam Alyaskada baş tutacaq. ABŞ Prezidenti bu gün görüşün uğursuz başa çatma ehtimalını 25 % kimi qiymətləndirdiyini bildirib. Bundan əvvəl isə o, “Rusiya Ukraynada atəşkəslə razılaşmasa, çox ciddi nəticələrlə üzləşəcək” demişdi.
ABŞ-nin maliyyə naziri Skott Bessent isə söyləyib ki, sammit nəticəsiz qalarsa, Vaşinqton sanksiyalardan və ikinci dərəcəli tariflərdən istifadə edə bilər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ceff Bezos "Liverpul"un səhmlərini satın aldı
01:25 15.08.2026
Futbol
Tramp tezliklə Hörmüz boğazını ABŞ ərazisi elan edəcəyini açıqlayıb
01:04 15.08.2026
Dünya
AKP: "Terrorsuz Türkiyə" prosesi regionu da əhatə edəcək
00:42 15.08.2026
Region
Kanada İranın beş rəsmisinə sanksiya tətbiq etdi
23:57 14.08.2026
Dünya
KİV: ABŞ Kubaya qarşı hərbi ssenaridən imtina edib
23:38 14.08.2026
Dünya
Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran
22:55 14.08.2026
Region
Qubada 5 bal gücündə zəlzələ olub
22:04 14.08.2026
Hadisə
Naxçıvana yatırılan GƏLƏCƏK
21:45 14.08.2026
Aktual
Latviya prezidenti təcili geri qayıtdı: ölkədə nə baş verir?
21:14 14.08.2026
Dünya
İsrail Suriya ilə müharibənin qaçılmaz olduğunu elan etdi
20:48 14.08.2026
Aktual
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual