"Bu il minimum əmək haqqının vergidən azad olunması real deyil" - İqtisadçı ekspert
Yusif Nəzərli
05:12 06.01.2024
İqtisadiyyat
620
"Belə bir qərardansa, minimum əməkhaqqının artırılması barədə düşünülməsi daha məqsədəuyğundur"
Bizim hökumətə təqdim etdiyimiz təkliflərdən biri də minimum əmək haqqının vergidən azad olmasıdır. Nəzərə alsaq ki, hazırda minimum maaş 345 manatdır, amma vergi güzəştləri 200 manata qədər tətbiq olunur. Bu sözləri iqtisadçı ekspert, millət vəkili Vüqar Bayramov deyib.
“Bu səbəbdən təklif edirik ki, digər inkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da minimum əmək haqqı vergidən azad olunsun və vergidən azadolmalar 200 manat deyil, 345 manatdan hesablansın. Nəticədə bu hadisə minimum maaş alan vətəndaşlarımızın maaşlarının vergiyə cəlb olunmamasına imkan verəcək. Eyni zamanda, bunun digər özəlliyi ondan ibarətdir ki, orta aylıq əmək haqqı alan vətəndaşlarımızda da vergi məbləği bu halda azalacaq və nəticədə əmək haqqının artmasına gətirib çıxaracaq”, - o bildirib.
Məsələ ilə bağlı “Sherg.az”a açıqlama verən iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, bu təklif təqdirəlayiqdir: “Aşağı miqarda maaş alan şəxslər daha az vergi ödəyib, minumum əməkhaqqı alanlar isə vergidən azad olunacaqlar. Digər tərəfdən düşünsək, dövlət vergi toplayır, onda gərək öz vergilərindən imtina etsin. Mənim fikrimcə , bu təklif 2024- cü il üçün real deyil. Çünki vergilər məcəlləsi və növbəti ilin dövlət büdcəsi qəbul edilib. Belə bir qərardansa, minimum əməkhaqqının artırılması barədə düşünülməsi daha məqsədəuyğundur. Çox təəssüf ki, bu haqda yeni bir xəbər yoxdur. Ümid edək ki, yaxın günlərdə bu məsələ ilə bağlı fərman imzalanacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp İranla danışıqlara kompensasiya tələbini daxil etdi
22:13 10.08.2026
Gündəm
Türkiyə sahillərində PUA olduğu ehtimal edilən obyekt aşkarlanıb
21:37 10.08.2026
Hadisə
İranda Silahlı Qüvvələrə 6 yüksək rütbəli komandan təyin edilib
21:20 10.08.2026
Gündəm
Ərdoğan Aİ-yə mesaj verdi: “Vizasız rejim hamının marağındadır”
20:54 10.08.2026
Gündəm
Rusiya Moldovaya xəbərdarlıq etdi: “Cavab veriləcək”
20:27 10.08.2026
Dünya
İranın dini lideri Əhməd Vəhidini SEPAH-a rəhbər təyin etdi
20:05 10.08.2026
Region
Raketlərimiz trayektoriyasını dəyişə bilir - SEPAH
19:53 10.08.2026
Dünya
Samuxda 17 yaşlı qız qardaşını xilas edərkən boğulub - YENİLƏNİB
19:44 10.08.2026
Hadisə
Evdə mərhələni adlayan tərəf biz olacağıq - "Sabah"ın futbolçusu
18:24 10.08.2026
Futbol
“İnsanlar yenidən nağda keçəcək” - HƏYƏCAN TƏBİLİ
18:23 10.08.2026
İqtisadiyyat