Bu ölkələrin malları boykot edilsin ! - “Deputatların tezislərinə etinasız yanaşmayaq!”
Banuçiçək Kalbalıyeva
12:18 12.10.2020
İqtisadiyyat
1732
İkinci Dağlıq Qarabağ müharibəsi başladığı andan etibarən müxtəlif icimai şəxslər məsələyə münasibət bildirən dövlətlərlə bağlı təkliflər irəli sürüblər. Xüsusilə bildirilir ki, iqtisadi əlaqələr daha çox bizi dəstəkləyən ölkələrlə qurulsun. Əleyhimizə bəyanat səsləndirənlər isə iqtisadi cəhətdən boykot edilsin. Bu ölkələr sırasında Rusiya, Fransa, İran və Çinin adı ön sırada çəkilir. Ona görə ki mediada adıçəkilən ölkələrin Ermənistana yardımına dair müəyyən məlumatlar yer alıb. Bu barədə millət vəkilləri Qənirə Paşayeva, Vüqar Bayramov təkliflər səsləndiriblər.
Təklifləri “Sherg.az”a şərh edən iqtisadçı millət vəkili Vahid Əhmədov qeyd edib ki, əslində indiki məqamda məsələnin həssaslığını hər bir vətəndaş başa düşməlidir:
“Cənab prezidentin də dediyi kimi, biz bu müharibə sayəsində dostun, düşmənin kim olduğunu müəyyənləşdirdik. Odur ki, hər kəs, o cümlədən vəzifəli şəxslər diqqətli, məsuliyyətli olmalıdırlar. Amma ticarət əlaqələri elə məsələdir ki, tam qapanmaq da bəzən mənfi effekt verə bilər. Yalnız bir ölkədə olan və ya bir ölkədən daha əlverişli əldə edə biləcəyimiz məhsullar var. Buna baxmayaraq, həmkarlarımın səsləndirdiyi tezislərə qarşı etinasız yanaşmamalıyıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişib
18:17 28.10.2026
Gündəm
Azərbaycan və Tacikistan Məkkə Konvensiyasını imzalayıb
18:04 28.10.2026
Gündəm
Azərbaycanda aliment artırılacaq
17:57 28.10.2026
Sosial
TRIPP Ermənistanın sülhə gedən yolunu qısaldır - ŞƏRH
17:36 28.10.2026
Cənubi Qafqaz
Azərbaycan və BƏƏ arasında “Yol Xəritəsi” imzalandı
17:20 28.10.2026
Gündəm
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
17:12 28.10.2026
Aktual
Azərbaycanda 17 min manata pişik satılır - FOTO
16:42 28.10.2026
Maraqlı
Özəl məhkəmə ekspertizasına nəzarət dəyişir - Əsas meyar açıqlanıb
16:38 28.10.2026
Aktual
Sabunçuda evdən 10 min manatlıq qızıl oğurlanıb
16:21 28.10.2026
Hadisə
“Nar” AzTU tələbələri üçün növbəti karyera planlaması təlimi keçirib
16:19 28.10.2026
Ölkə
Nazir Murat Kurum Ankara bələdiyyə başqanı Mansur Yavaşı qəbul edib
15:58 28.10.2026
Dünya
Putin: Bu ölkələr yeni dünya nizamını qəbul etmirlər
15:55 28.10.2026
Dünya
Azərbaycanda 2 minlik cərimə 50 manata endirilir
15:47 28.10.2026
Aktual
Ramiz Mehdiyev AMEA-dan qovuldu
15:07 28.10.2026
Cəmiyyət