Qaydalara görə, hər hansı alıcı iri supermarketlərin, mağazaların, həmçinin ictimai iaşə obyektlərinin – kafe və restoranların xidmətlərindən istifadə edən zaman nağd şəkildə ödəniş etdikdə ona kassa çeki verilməlidir. Həmin çekin məlumatlarını isə portalda yerləşdirməlidir. 30 gün ərzində istehlakçının müraciətinə əsasən, ödədiyi nağd vəsaitdən ƏDV-nin 10 faizi həmin şəxsə geri qaytarılır. Amma alıcılar kassa çeklərinin əldə olunmasında bir sıra çətinliklərlə üzləşirlər".
Çek tələb edin, 10 faizi geri alın
09:19 29.09.2020
İqtisadiyyat
1527
"Vergi orqanlarının nəzarəti gücləndirilməlidir"
"2019-cu ildə Vergi Məcəlləsinə edilmiş dəyişikliklərdə şəffaflığın artırılması üçün ƏDV-nin bir hissəsinin alıcılara qaytarılması məsələsi də öz əksini tapıb. Texniki məsələlər tamamlandıqdan sonra 2020-ci ilin mart ayında Nazirlər Kabinetinin qərarı və aprel ayında ƏDV-nin geri qaytarılması ilə bağlı portalının işə düşməsi ilə bu prosesə başlanılıb.
Qaydalara görə, hər hansı alıcı iri supermarketlərin, mağazaların, həmçinin ictimai iaşə obyektlərinin – kafe və restoranların xidmətlərindən istifadə edən zaman nağd şəkildə ödəniş etdikdə ona kassa çeki verilməlidir. Həmin çekin məlumatlarını isə portalda yerləşdirməlidir. 30 gün ərzində istehlakçının müraciətinə əsasən, ödədiyi nağd vəsaitdən ƏDV-nin 10 faizi həmin şəxsə geri qaytarılır. Amma alıcılar kassa çeklərinin əldə olunmasında bir sıra çətinliklərlə üzləşirlər".
Bu sözləri “Konstitusiya” Araşdırmalar Fondunun sədri, hüquqşünas Əliməmməd Nuriyev "Şərq"ə açıqlamasında deyib. O bildirib ki, alıcıların çoxu ƏDV ödəyiciləri olan satış məntəqələrini, mağazaları və ictimai-iaşə obyektlərini müəyyənləşdirə bilmirlər:
"Əgər çekin üzərində ayrıca ƏDV göstərilirsə, bu həmin müəssisənin ƏDV ödəyicisi olduğunu göstərir. Bəzən istehlakçılara əvvəldən alınmış köhnə və real rejimdə vergi xidməti şəbəkəsinə qoşulmayan kassaların çekləri verilir ki, onlar bu çeklərdəki məlumatları portala yükləməkdə çətinlik çəkirlər. Çox zaman isə kod göstərilmir. Bununla da, əlavə dəyər vergisini geri qaytarmaq mümkün olmur. Buna görə də vətəndaşdan tələb olunur ki, alqı-satqı həyata keçirərkən hər şeydən öncə ödəniş qəbzini tam həcmində alsınlar.
Bununla, onlar həm dəyər vergisini geri, həm də satış müəssisələrinin vergidən yayınmasının qarşısını ala bilərlər. Vergi orqanlarının nəzarəti də gücləndirilməlidir. Məsələn, mobiltətbiq proqramlarını tətbiq etmək olar. Elə proqram təminatı yaratmaq olar ki, vətəndaşlar alarkən birbaşa onların özündə də qeydə alınsın. Hər halda indiki mexanizm ondan ibarətdir ki, hər bir vətəndaş özü çeki tələb etməlidir. Heç bir satış nöqtəsi bundan imtina edə bilməz".
Ə.Nuriyev qeyd edib ki, vergi orqanları da bu prosesə nəzarəti gücləndirməlidir:
"Vergi ödənişlərinin qəbzlərinin verilməsi barədə müntəzəm olaraq yoxlamalar keçirilməlidir. Əlbəttə ki, gələcəkdə bunun elektronlaşmasına ehtiyac var. Hazırda müəyyən elektronlaşma proqramları var. Sadəcə bu, vətəndaş üçün bir az mürəkkəblik yaradır. Eyni zamanda, bəzi hallarda ödəniş çeklərini alırıq, amma bir həftədən sonra artıq yazıları ordan tapmaq mümkün olmur. Bu da vətəndaşlarda bir az məyusluq yaradır. Həmçinin, bəzi vergilərin tam ödənilməməsinə də gətirib çıxarır. Hesab edirəm ki, vətəndaşların işini rahatlaşdırmaq lazımdır. Bunun nəticəsində satış müəssisələri fırıldağa, dələduzluğa və gizlətmə hallarına yol verməyəcək. Düşünürəm ki, İnzibati Xətalar Məcəlləsində məhz bu məsələ ilə bağlı müvafiq dəyişikliklər edilməlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişib
18:17 28.10.2026
Gündəm
Azərbaycan və Tacikistan Məkkə Konvensiyasını imzalayıb
18:04 28.10.2026
Gündəm
Azərbaycanda aliment artırılacaq
17:57 28.10.2026
Sosial
TRIPP Ermənistanın sülhə gedən yolunu qısaldır - ŞƏRH
17:36 28.10.2026
Cənubi Qafqaz
Azərbaycan və BƏƏ arasında “Yol Xəritəsi” imzalandı
17:20 28.10.2026
Gündəm
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
17:12 28.10.2026
Aktual
Azərbaycanda 17 min manata pişik satılır - FOTO
16:42 28.10.2026
Maraqlı
Özəl məhkəmə ekspertizasına nəzarət dəyişir - Əsas meyar açıqlanıb
16:38 28.10.2026
Aktual
Sabunçuda evdən 10 min manatlıq qızıl oğurlanıb
16:21 28.10.2026
Hadisə
“Nar” AzTU tələbələri üçün növbəti karyera planlaması təlimi keçirib
16:19 28.10.2026
Ölkə
Nazir Murat Kurum Ankara bələdiyyə başqanı Mansur Yavaşı qəbul edib
15:58 28.10.2026
Dünya
Putin: Bu ölkələr yeni dünya nizamını qəbul etmirlər
15:55 28.10.2026
Dünya
Azərbaycanda 2 minlik cərimə 50 manata endirilir
15:47 28.10.2026
Aktual
Ramiz Mehdiyev AMEA-dan qovuldu
15:07 28.10.2026
Cəmiyyət