
Çinlə yaşıl enerjinin əldə edilməsindəki əməkdaşlıq iqtisadiyyata ciddi töhfələr verə bilər -İQTİSADÇI
12:10 12.02.2025
İqtisadiyyat
741
Azərbaycanın 2027-ci ilə qədər olan hədəfi 2 giqavat həcmində Günəş və külək elektrik enerjisini hasil etməkdir.
Bu sözləri Prezident İlham Əliyev müsahibəsində deyib.
Dövlət başçısı hesab edir ki, qazıntı enerji növlərinə malik olan ölkələrin məsuliyyəti əldə etdikləri gəlirləri yaşıl texnologiyaya və yaşıl enerjiyə investisiya etməkdən ibarətdir:
"Biz məhz bunu edirik. Biz investorlar üçün yaxşı investisiya mühitini yaratdıq. Bizim 2027-ci ilə qədər olan hədəfimiz 2 giqavat həcmində Günəş və külək elektrik enerjisini hasil etməkdir. 2030-cu ilə qədər isə bu hədəf 6 giqavatdır".
Prezident vurğulayıb ki, bu, Azərbaycanda enerji sahəsində bir inqilab olacaq:
"Onu da qeyd etmək istəyirəm ki, bu layihələrə sərmayə yatıran xarici şirkətlər olan investorlar, o cümlədən Azərbaycandan olan yerli şirkətlər Çin texnologiyasından istifadə edirlər. Günəş panelləri Çində istehsal olunur. İndi bizim heyətlərimiz enerjinin tədarükü imkanları üzərində işləyirlər və biz ən yaxşı batareyaların Çində istehsal olunduğunu müəyyən etmişik. Mən bu möhtəşəm uğur münasibətilə Çin istehsalçılarını təbrik edirəm. Çünki burada söhbət məhsulun keyfiyyəti və qiymətindən gedir. Heç kim bu rəqabəti apara bilmir".
Tanınmış iqtisadçı-ekspert Razi Abbasbəyli “Sherg.az”a söyləyib ki, Azərbaycanın Çinlə yaşıl enerjinin əldə edilməsi istiqamətində əməkdaşlığı ölkə iqtisadiyyatı üçün ciddi töhfələr verə bilər:

“İlk növbədə nəzərə almalıyıq ki, Çin dünyada günəş panelləri və külək turbinlərinin istehsalına görə lider ölkədir. Həm keyfiyyətli, həm də qiymətlər baxımından əlverişli olduğuna görə Çinlə bu sahədə əməkdaşlıq Azərbaycana uğur gətirə bilər. Burada, eyni zamanda yeni iş yerlərinin açılması, ölkənin neft və qaz asılılığının azaldılması, yeni mütəxəssislərin hazırlanması istiqamətində çox ciddi uğurlar əldə oluna bilər. Bu baxımdan da məhz Çinlə bu istiqamətdə əməkdaşlıq edilməsi Azərbaycanın həm də elektrik enerjisi ixracatını da artıra bilər. Biz bilirik ki, 2023-cü ildə 40 milyon Kv saat Azərbaycanın elektrik enerjisi ixracatında azalma baş vermişdi. Bunun bir sıra səbəbləri var. Bu, həm yerli neft emalı zavodlarının tam gücü ilə işləməməsi, eyni zamanda neft emalı zavodunda yenidənqurma işlərinin həyata keçirilməsi, neftdən alınan sürtgü yağlarının mazutun istehsalında azalma baş vermişdi. Nəticə etibarilə Azərbaycanın elektrik enerjisi ixracatında azalma olmuşdu. Bu baxımdan da yaşıl enerjiyə keçidin sürətləndirilməsi, elektrik enerjisinin istehsalında qarşıya qoyulan hədəflərə çatılması Azərbaycan üçün həm də böyük gəlirlərin əldə edilməsi deməkdir. Çünki qonşu ölkələrə elektrik enerjisi ixracında ixracatı artırsaq nəticə ilə ölkəmizdə qeyri neft sektorundan daxil olan investisiya vəsaitlərinin artımında ciddi rəqəmlərlə rastlaşacağıq. Bu baxımdan da Çinlə əməkdaşlıq etməkdə maraqlı olan bir sıra ölkələr kimi, hətta Avropanın qabaqcıl ölkələri elektrik tutum batareyaları, külək turbinləri, günəş panellərinin alınmasında Çinin iri korporasiyaları ilə müqavilələr imzalayırlar. Azərbaycanın Çinlə əməkdaşlığı gələcək üçün böyük perspektivlər və uğurlar vəd edən bir istiqamətdir. Bu istiqamətdə, müvafiq infrastrukturun qurulması nəzərdə tutulan proqram üzrə həyata keçirilərsə, 2030-cu ildə Azərbaycanın həm gəlirlərində ciddi artım olacaq, həm yeni iş yerləri açılacaq, həm yeni mütəxəssislər formalaşacaq, həm də Azərbaycan regionda elektrik enerjisi ixrac edən lider ölkəyə çevrilə bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
WUF13 nəqliyyat sistemi fəaliyyətə başlayıb
19:01 15.05.2026
Cənubi Qafqaz
Ərdoğan Əhməd Yəsəvi məqbərəsinə qədim əlyazma Quran bağışlayıb
18:54 15.05.2026
Dünya
Ailə dəyərləri milli məsələ səviyyəsinə çatıb - EKSPERT
18:39 15.05.2026
Cəmiyyət
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:32 15.05.2026
Aktual
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:30 15.05.2026
Cəmiyyət
Azərbaycan-Rusiya iqtisadi münasibətləri müzakirə olunub
18:18 15.05.2026
Gündəm
Merz Trampa zəng etdi: Hörmüz açılmalıdır!
18:00 15.05.2026
Dünya
Putin Pekinə məcbur qalıb getdi - POLİTOLOQ
17:44 15.05.2026
Dünya
Tramp: İranın göndərdiyi sənədin ilk cümləsini oxuyub, kənara atdım
17:29 15.05.2026
Dünya
Rusiya Ermənistandan son qərarı verməsini tələb etdi
17:05 15.05.2026
Gündəm
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
16:08 15.05.2026
Cəmiyyət