Deputat işə qarışdı: Müəllimlər "Kapital Bank"dan narazıdırlar – “Qanun pozuntuları var”
Banuçiçək Kalbalıyeva
11:49 23.09.2020
İqtisadiyyat
1270
Onlar maaş kartını ala bilmirlər
“Əgər bankla bağlı şəxsin özü müstəqil seçim etsə, bank müştərisini itirməmək naminə işi mümkün qədər tez görəcək”
“İndiki halda isə banklar müştərinin gedəcək başqa yerinin olmadığına arxayındırlar və necə istədilər elə də işləyirlər”
“Bu gün onlarla müəllim zəng edərək üzləşdikləri problemi haqlı olaraq əsəbi şəkildə söylədi. Mənim üçün Azərbaycanın ən həyati əhəmiyyət daşıyan peşələrindən birinin təmsilçisi olan Azərbaycan müəlliminin bu cür incidilməsi çox ağır gəldi”.
Bu sözləri millət vəkili Fazil Mustafa özünün “Facebook” hesabında yazıb. O, müəllimlərin üzləşdikləri növbəti problemi ictimailəşdirib:
“ Məsələnin mahiyyəti belədir: müəllimlər üçün verilən maaş kartının müddəti bitib. "Kapital Bank" yeni kartları hazırlayıb və müəllimlərə verilməsi üçün onları müvafiq şöbələrinə dəvət edib. İndi üç gündür sübh tezdən adamlar növbə tutub sadəcə kartlarını almaq istəyirlər, növbə o qədər çoxdur ki, iki gündür, üç gündür ala bilmirlər.
Demək ki, "Kapital Bank"da müəllimin kim olduğunu anlamayanlar bu şərəfli peşə sahiblərinə pandemiyanın bu çətin şərtlərində əziyyət verməkdən həzz almaq istəyiblər. Burada iki optimal yol var, ya kartların vaxtını uzaldıb, müəllimləri bu qədər əziyyətə salmırdılar, ya da əgər yeni kartlar hazırlanmışdırsa, onların hər bir məktəbdə müəllimlərə çatdırılmasını təmin edirdilər.
İlin, günün bu vaxtında vətəndaşı, xüsusilə də müəllimləri belə əziyyətə salmaq istəyənləri qınayıram və bu özbaşınalığa son qoyulmasını istəyirəm”.
Doğrudan da, axı bank avtobus dayanacağı deyil ki, saatlarla gözləyək. Hərçənd indi avtobuslar da insanı belə gözlətmir...
Məsələ barədə “Sherg.az”a danışan bank məsələləri üzrə ekspert Əkrəm Həsənovkartların niyə məhz banklarda verildiyini izah edib:
“Kart təhvil veriləndə bank müştərini eyniləşdirməlidir. Bu, bank binasından kənarda mümkün deyil. Belə ki, müxtəlif pozuntu halları, o cümlədən sui-istifadə, saxtakarlıq ola bilər. Banklarda kameraların olması təsadüfi deyil. Eyni zamanda bir işçisinin işinə bir neçə başqa əməkdaşlar da nəzarət edir. Bu, mətbuatda da belədir. Yazılan yazını mütləq başqa biri oxuyur, düzəldir. Yəni kartın məhz bankda verilməsinin səbəbi budur. Alternativ variant isə yoxdur”.
Ə. Həsənovun sözlərinə görə, prosesin bu formada aparılmasında ciddi qanun pozuntuları var:
“Mən başa düşə bilmirəm ki, bizdə niyə sözügedən məsələ inhisarlaşdırılıb. Bu, birmənalı olaraq qanunvericiliyə ziddir. Mülki məcəllənin “Bank hesabına dair” fəslinə əsasən hər kəs öz bankını müstəqil seçə bilər. Burada işverənin təzyiqi olmamalıdır. Eyni zamanda Əmək məcəlləsində də göstərilir ki, hər kəs əməkhaqqı formasını necə alacağını özü müəyyənləşdirməkdə azaddır. Həm də əgər belə olarsa görüləcək işlər banklar arasında bölünər, birinə yük düşməz. Xüsusilə böyük banklar, demək olar, bütün işlərlə məşğul olurlar.
Ona görə də belə vəziyyət yaranır. Həm də əgər şəxs özü müstəqil seçim etsə, bank müştərisini itirməmək naminə işi mümkün qədər tez görəcək. İndiki halda isə banklar müştərinin gedəcək başqa yerinin olmadığına arxayındırlar və necə istədilər, elə də işləyirlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişib
18:17 28.10.2026
Gündəm
Azərbaycan və Tacikistan Məkkə Konvensiyasını imzalayıb
18:04 28.10.2026
Gündəm
Azərbaycanda aliment artırılacaq
17:57 28.10.2026
Sosial
TRIPP Ermənistanın sülhə gedən yolunu qısaldır - ŞƏRH
17:36 28.10.2026
Cənubi Qafqaz
Azərbaycan və BƏƏ arasında “Yol Xəritəsi” imzalandı
17:20 28.10.2026
Gündəm
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
17:12 28.10.2026
Aktual
Azərbaycanda 17 min manata pişik satılır - FOTO
16:42 28.10.2026
Maraqlı
Özəl məhkəmə ekspertizasına nəzarət dəyişir - Əsas meyar açıqlanıb
16:38 28.10.2026
Aktual
Sabunçuda evdən 10 min manatlıq qızıl oğurlanıb
16:21 28.10.2026
Hadisə
“Nar” AzTU tələbələri üçün növbəti karyera planlaması təlimi keçirib
16:19 28.10.2026
Ölkə
Nazir Murat Kurum Ankara bələdiyyə başqanı Mansur Yavaşı qəbul edib
15:58 28.10.2026
Dünya
Putin: Bu ölkələr yeni dünya nizamını qəbul etmirlər
15:55 28.10.2026
Dünya
Azərbaycanda 2 minlik cərimə 50 manata endirilir
15:47 28.10.2026
Aktual
Ramiz Mehdiyev AMEA-dan qovuldu
15:07 28.10.2026
Cəmiyyət