“Dövlətin kifayət qədər maliyyə vəsaiti var” - Yardım ediləcək?
Banuçiçək Kalbalıyeva
12:00 01.04.2020
İqtisadiyyat
728
“Əsas məsələ həmin vəsaitidən mümkün qədər səmərəli və düzgün istifadə etməkdir”
Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli Sərəncamı ilə yaradılmış İşçi Qrupun koronavirus pandemiyasının ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı hazırladığı təkliflər barədə İşçi Qrupun rəhbəri, İqtisadiyyat naziri Mikayıl Cabbarov AzTV-yə müsahibə verib.
İqtisadi sabitliyi qorumaq məqsədilə 9 paketin hazırlandığını vurğulayan nazir bildirib ki, dövlət dəstəyindən 290 mindən çox yaxın mikro və fərdi sahibkarın faydalanacaq:
“Burada söhbət fərdi şəkildə fəaliyyət göstərən sahibkarlardan gedir. Bir qayda olaraq, mikro sahibkarların maliyyə yastığı dardır. İqtisadi fəaliyyətə tətbiq edilən iqtisadi fəaliyyətə məhdudiyyətlər, ilk növbədə, bu sektora təsir edib. Bu sektorun qorunub saxlanması üçün dəstəyə ehtiyacı var. Burada baza kimi mikro sahibkarların 2019-cu il ərzində həyata keçirdiyi vergi ödənişlərinə istinad ediləcək, ödənişlərin və birbaşa yardımların edilməsində həmin bazaya əsaslanılacaq”.
Hazırlanan paketin əhəmiyyətini “Sherg.az”a şərh edən iqtisadçı-ekspert Pərviz Heydərov indiki vaxtda ən çox sahibkarların zərbə altında olduğunu düşünür: “Mövcud vəziyyətlə əlaqədər kiçik və orta sahibkar, o cümlədən müxtəlif iaşə obyektlərini işlədənlər, həmçinin fərqli xidmət sahələrinin nümayəndələri daha çox zərər görəcəklər. Onların əksəriyyətinin müxtəlif öhdəlikləri var. Kimi öz biznes fəaliyyətini qurmaq üçün kredit götürüb, kimi də borc alıb. İndiki fors-major vəziyyətdə isə bu öhdəlikləri yerinə yetirmək mümkün deyil. Söhbət pulun olub-olmadığından getmir. Əsas məsələ odur ki, ölkədə karantin vəziyyəti elan edilib və heç kim evdən çölə çıxa bilmir. Bu səbəbdən də dövlət vətəndaşlara, o cümlədən sahibkarlara bu və ya digər formada güzəştlər, yardımlar edir”.
P.Heydərovun sözlərinə görə, koronavirus pandemiyası ancaq sahibkarlara yox, bütün vətəndaşlara mənfi təsir göstərəcək:
“Əlbəttə, hamı ziyan görəcək. Sadəcə, dövlət işlərində çalışanlar evdə oturduqları aylar ərzində də maaş alacaqlar. Yəni onlar üçün ciddi problem olmayacaq. Özəl sektorda çalışanlar isə müəyyən çətinliklərlə üzləşə bilərlər. Nəzərə çatdırım ki, bu problemi həll etmək üçün dövlətin kifayət qədər maliyyə vəsaiti var. Əsas məsələ həmin vəsaitidən mümkün qədər səmərəli və düzgün istifadə etməkdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azad edilmiş ərazilərdə daha 139 mina, 522 PHS aşkarlanıb
15:17 24.08.2026
Aktual
Peskov Paşinyana cavab verib
15:04 24.08.2026
Gündəm
Rusiya Gürcüstan üzərindən Ermənistana daşımaları dayandıra bilər
14:48 24.08.2026
Gündəm
Günə 77 qəpiyə “Nar”dan smartfon!
14:41 24.08.2026
Cəmiyyət
Xatəmi: İran Amerika ilə istənilən ssenari üzrə döyüşə hazırdır
14:03 24.08.2026
Dünya
Pakistan ordusunun feldmarşalı Trampa zəng etdi
13:24 24.08.2026
Gündəm
Məhkəmə Rüfət Səfərov barədə qərar verib
12:55 24.08.2026
Hadisə
Bəqai: Rəsmi Tehran Məkkə sazişinə qoşulmaqla bağlı təklif almayıb
12:42 24.08.2026
Gündəm
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
12:38 24.08.2026
Ekologiya
Bakıda mənzilini yandıran şəxs saxlanılıb
12:28 24.08.2026
Hadisə
Elm dünyasını şoka salan kəşf: Yeni orqan aşkarlandı
11:57 24.08.2026
Sağlamlıq
Erling Haaland uzun sarı saçlarını kəsdirib
11:35 24.08.2026
Futbol