Dünya bazarında gümüş bahalaşıb

Nyu-Yorkun COMEX əmtəə birjasında gümüşün bir troya unsiyasının qiyməti 62,89 dollar təşkil edib.

AZƏRTAC xəbər verir ki, gümüşün qiyməti 1,82 dollar və ya 2,98 faiz artıb.