Dünyada yeni iqtisadi model gündəmə gəlir
01:54 18.09.2020
İqtisadiyyat
1568
"Pandemiya bu dəyişikliklərin sürətlənməsinə səbəb olacaq"
"Ərzaq təhlükəsizliyi, yerli istehsalın gücləndirilməsi, ixrac yönümlü aqrar sahənin, yarımfabrikatların istehsalı və ixracı, yəni bütün bunlar bizim iqtisadi konsepsiya xəttimizin ana elementlərini təşkil etməlidir"
"Pandemiya tək bizdə deyil, bütün dünyada yeni bir iqtisadi modelin gündəmə gəlməsinə səbəb ola bilər. Bununla bağlı artıq 10 ildir ki, dünyada gedən bir sıra texnoloji dəyişikliklər var. Pandemiya bu dəyişikliklərin sürətlənməsinə səbəb olacaq".
Bu sözləri "Şərq"ə açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli deyib. O vurğulayıb ki, pandemiya səbəbindən dünya əhalisinin yarıdan çoxu evlərində toplama tədbirləri ilə kilidlənmə yaşadı: "Tarixdə ilk dəfə bu cür ölçüdə belə tədbirlər tətbiq olundu. Koronavirus insanlıq faciəsi olmaqla yanaşı, pandemiyanın son bir əsrdə ən ciddi iqtisadi böhrana səbəb olduğu da göz qabağındadır.
Virusun səbəb olduğu bu böhran bir çox ölkələrin iqtisadi sektorlarının tədarük zəncirinin kəsilməsinə, idxal olunan mallara və xidmətlərə tələbin zəif olmasına, beynəlxalq turizmin azalması və ya iş səyahətinin azalmasına, o cümlədən bir çox ölkələrdə işsizlik səviyyəsinin kəskin artmasına səbəb oldu. Pandemiyaya görə bir çox ölkələrdə məmurlar və digər işçilər öz iş yerlərindən uzaqlaşdırıldı və öz işlərini evdən distant şəkildə həyata keçirməyə başladılar. Bu da nəticədə onlayn işləmlərin, ticarət əlaqələrinin fəaliyyətini artırdı. Yəni internet üzərində göstərilən xidmət növlərinin sayında artım müşahidə edildi. Bunların yaxın gələcəkdə daha sürətlə inkişaf edəcəyi gözlənilir".
Azərbaycanda kənd təsərrüfatı sahəsinə dövlətin, hökumətin ənənəvi diqqətinin olduğunu qeyd edən ekspert bildirib ki, bu istiqamətə müəyyən yatırımlar, subsidiyalar ayrılır: "Bu sahənin inkişafı əslində pandemiyanın olub və ya olmamağından asılı olmamalıdır.
Ərzaq təhlükəsizliyi, yerli istehsalın gücləndirilməsi, ixrac yönümlü aqrar sahənin, yarımfabrikatların istehsalı və ixracı, yəni bütün bunlar bizim iqtisadi konsepsiya xəttimizin ana elementlərini təşkil etməlidir. Çünki bu sahədə potensial var. Bu potensialın reallaşdırılması üçün daha elmi əsaslı aqrar siyasətə önəm verilməlidir. İlk növbədə məhsuldarlıq artırılmalı, suvarma problemləri həll edilməlidir. Bu sahədə potensialın əldə olunması üçün kifayət qədər görülməli işlər var. Ölkəmizdə bu sahədə pandemiyadan asılı olmayaraq, inkişaf gözlənilir. Gələcəkdə müəyyən potensialın reallaşdırılması olacaq. Bu günləri onlayn xidmətlərə artım müşahidə olunur. Bu sahədə dövlət tərəfindən bəzi dəstəkləyici addımların atılmasına ehtiyac var. Ümumiyyətlə, dünya onlayn ticarətə xidmətə keçirsə, hökumət tərəfindən bunu yüngülləşdirən, müəyyən təşviq edən vergi güzəştləri olmalıdır ki, ölkəmizdə olan geriliklər aradan qaldırılsın.
Çünki onlayn ticarətdə Azərbaycan pandemiyadan da öncə post-sovet məkanında çox aşağı dövriyyəsi olan ölkələrdən idi. İndi isə dövriyyə 4-5 dəfə artıb. Bizdə də artım var, amma bu artım templəri günün reallığı ilə tam uyğunlaşdırılmayıb. Ümumiyyətlə, bizdə biznes növlərinin artırılması kifayət qədər genişdir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi
AJB-nin Aran bölgəsi üzrə zona müşavirəsi keçirilib -FOTO
14:49 23.08.2026
Media
İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib
14:00 23.08.2026
Rəsmi
Yenidən prezident seçilmək hüququm var - Tokayev
13:43 23.08.2026
Aktual
Suriya XİN: İsraillə danışıqlar bərpa oluna bilər
13:27 23.08.2026
Aktual