Ehtimal olunan qiymətin hesablanması Qaydası təsdiq edilib
Yusif Nəzərli
07:24 09.01.2024
İqtisadiyyat
635
Ehtimal olunan qiymətin hesablanması Qaydası təsdiq edilib.
Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, satınalan təşkilat ehtimal olunan qiyməti təkliflərin qiymətləndirilməsi üçün istifadə edir.
Satınalma planında göstərilən ehtimal olunan qiymətlə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar
və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində şübhələr yarandıqda və bununla bağlı satınalan təşkilat tərəfindən qaneedici izahat təqdim edilmədikdə ehtimal olunan qiymət bu Qaydada göstərilmiş üsullarla yenidən hesablanır.
Ehtimal olunan qiymətin hesablanması üsulları aşağıdakılardır:
Mal, xidmət və bu Qaydanın tələbləri nəzəri alınmaqla işlərin ehtimal olunan qiymətinin hesablanması üsulları aşağıdakılardır:
- statistik üsul;
- bazar araşdırması üsulu;
- açıq informasiya üsulu;
- analoq üsulu;
- təcrübə üsulu;
- qiymətləndirici üsul.
Ehtimal olunan qiymət 2 və daha çox üsulla hesablandıqda ən aşağı olan qiymət ehtimal olunan qiymət hesab edilir.
Bu Qərar 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Evdə mərhələni adlayan tərəf biz olacağıq - "Sabah"ın futbolçusu
18:24 10.08.2026
Futbol
“İnsanlar yenidən nağda keçəcək” - HƏYƏCAN TƏBİLİ
18:23 10.08.2026
İqtisadiyyat
Azərbaycanlı qadın İstanbulda müəmmalı şəkildə öldü
17:23 10.08.2026
Hadisə
Bakıda 9 marşrutun hərəkəti dəyişdirilib
17:15 10.08.2026
İnfrastruktur
Lerik-Lənkəran sərhədində zəlzələ olub
16:38 10.08.2026
Hadisə
Lökbatanda iki qadın dənizdə boğulub - YENİLƏNİB
16:17 10.08.2026
Hadisə
Çox təəssüf ki, İranda hər şeyi Pezeşkian həll etmir - Analitik
15:54 10.08.2026
Region
Azərbaycanın xarici dövlət borcu 7,5% azalıb
15:29 10.08.2026
İqtisadiyyat
Rusiya -Ukrayna müharibəsi yeni mərhələyə keçib -ŞƏRH
15:16 10.08.2026
Aktual
Rusiya Zaporojyeyə aviabomba ilə zərbə endirib: 13 nəfər yaralanıb
15:09 10.08.2026
Dünya
Rihanna Türkiyədə məhkəməni uddu
14:45 10.08.2026
Dünya