
Ekspert: Azərbaycan Rusiya üçün “çörək verən” ölkədir
Yusif Nəzərli
05:22 21.08.2025
İqtisadiyyat
387
Yəni ümumi ticarətin 80 faizi Rusiyanın xeyrinə işləyir
“Zamanla bu təhdidlərin artmaması və risklərin minimumlaşdırılması üçün prosesə baxışın ciddi dəyişməsinə ehtiyac var”
Rusiyanın müxtəlif dairələrində ölkəmizlə münasibətlərdəki gərginliyin Azərbaycanın iqtisadi durumuna, ələlxüsus da ticarət dövriyyəsinə mənfi təsir edəcəyi iddia edilir. Maraqlıdır, onlar doğrudan anlamır ki, Azərbaycanla ticarət dövriyyəsində qazanan tərəf məhz Rusiyadır?
Bu barədə Sherg.az-a açıqlamasında iqtisadçı-ekspert Eldəniz Əmirov deyib.
Onun sözlərinə görə, Azərbaycan ötən il Rusiyaya cəmi 1,2 milyard dollarlıq məhsul ixrac edib, qarşılığında Rusiyadan 3,6 milyard dollarlıq məhsul idxal edib:

“Nəticədə Azərbaycan üçün Rusiya ilə ticarətdə 2,4 milyard dollarlıq mənfi saldo yaranıb. Yəni Rusiya bu münasibətlərdən 2,4 milyard dollarlıq müsbət saldo əldə edib. 2025-ci ilin ilk 6 ayının rəqəmləri də göstərir ki, vəziyyət dəyişmir. İxracımız cəmi 6,1 faiz artaraq 590 milyon dollara çatdığı halda, Rusiyadan idxalımız təxminən 20 faiz artıb və 2 milyard dollara yaxınlaşıb. Yəni hər il, hər hesabat dövründə mənzərə eynidir. Azərbaycanla ticarət dövriyyəsindən daha çox qazanan tərəf daim Rusiya olur. Niyə Donald Tramp ticarət dövriyyəsində müsbət saldo əldə etdiyi ölkələrə sevgi göstərir, mənfi saldosu olan ölkələrə tarif tətbiq edir? Çünki o bilir ki, müsbət ticarət saldosu olan ölkələr “çörək verən” ölkədir. Bəli, Azərbaycan Rusiya üçün “çörək verən” ölkədir. Yəni ümumi ticarətin 80 faizi Rusiyanın xeyrinə işləyir. Zamanla bu təhdidlərin artmaması və risklərin minimumlaşdırılması üçün prosesə baxışın ciddi dəyişməsinə ehtiyac vardır. Asan proses olmasa da, amma alternativ bazarların və yeni istiqamətlərin təhlili, yeni mexanizmlərin tətbiqi, pilot ixrac layihələrin icrası mümkündür. Bu yolla Azərbaycan özünü daha dayanıqlı və müstəqil iqtisadi modelə aparacaq. Onsuz da əsl inkişaf və tərəqqi problem və çətinlikdən doğur. Bundan qorxmaq lazım deyil!”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ Kubaya qarşı hərbi ssenaridən imtina edib
23:38 14.08.2026
Dünya
Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran
22:55 14.08.2026
Region
Qubada 5 bal gücündə zəlzələ olub
22:04 14.08.2026
Hadisə
Naxçıvana yatırılan GƏLƏCƏK
21:45 14.08.2026
Aktual
Latviya prezidenti təcili geri qayıtdı: ölkədə nə baş verir?
21:14 14.08.2026
Dünya
İsrail Suriya ilə müharibənin qaçılmaz olduğunu elan etdi
20:48 14.08.2026
Aktual
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm