
Ekspert: Özümüzü təmin edə bilmədiyimiz üçün digər ölkələrdən də kartof idxal etməyə məcburuq
11:03 11.02.2025
İqtisadiyyat
445
Gədəbəy, Tovuz və Şəmkirdə istehsal olunan kartof daha keyfiyyətlidir
İrandan Azərbaycana gətirilən 47 min 400 kq ərzaqlıq kartof məhsulu partiyasında uyğunsuzluq aşkarlanıb.
Bu barədə Axar.az-a Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, Agentliyin müfəttişlərinin götürdüyü nümunələrin müayinəsi nəticəsində karantin tətbiq edilən Kartof gövdə nematodu müəyyən olunub.
Faktla bağlı müvafiq qərar qəbul edilərək istehlaka yararsız məhsul partiyası məhv edilib.
Məsələyə münasibət bildirən kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov “Sherg.az”a bildirib ki, belə hallar yalnız İran kartofu ilə bağlı deyil:

“Digər ölkələrdən gətirilən kartoflarda da xəstəliklər və zərərvericilər aşkar edilir. Bir müddət əvvəl ciddi yoxlanış aparılmırdı və ölkəyə karantin obyekti olan xəstəliklərin zərərvericilərin gəlməsi geniş vüsət almışdı. Ölkədə əvvəllər olmayan zərərvericilər sonra geniş yayıldı və bu da bizim kartofçuluğa ciddi ziyan vurdu. İndi ölkəyə idxal edilən kartofların yoxlanması yaxşı haldır. Ümumiyyətlə biz kartofu daha çox Rusiyadan idxal edirdik. İndi isə Rusiyanın kartof istehsalında azalma var. Kartofun qiyməti artıb və bizim Rusiyadan bu il bir o qədər də kartof idxal etməyimiz alınmayacaq. Digər tərəfdən özümüzü kartof ilə tam təmin edə bilmirik. Təxminən il ərzində 180-200 min ton kartof idxal edirik. Bu isə əsasən qonşu ölkələrdən, Rusiya, İran, Belarus, Türkiyə, Pakistandan və Gürcüstandan idxal edilir. Burada İranın payı 10 faizə qədərdir. Digər tərəfdən Gədəbəy, Tovuz və Şəmkirdə istehsal olunan kartof daha keyfiyyətlidir. Lakin biz özümüzü təmin edə bilmədiyimiz üçün digər ölkələrdən də kartof idxal etməyə məcburuq. Hansı kartofu almaq isə insanların maddi durumuna baxır. Keyfiyyətli kartof əldə etmək üçün Gədəbəy, Tovuz və Şəmkir rayonlarında yetişdirilən məhsullara üstünlük verilməlidir. Ümumiyyətlə aşkar olunan xəstəliyin və yaxud da zərərvericinin insan orqanizminə heç bir təsiri yoxdur. Bu ancaq kartofa ziyan vurur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
WUF13 nəqliyyat sistemi fəaliyyətə başlayıb
19:01 15.05.2026
Cənubi Qafqaz
Ərdoğan Əhməd Yəsəvi məqbərəsinə qədim əlyazma Quran bağışlayıb
18:54 15.05.2026
Dünya
Ailə dəyərləri milli məsələ səviyyəsinə çatıb - EKSPERT
18:39 15.05.2026
Cəmiyyət
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:32 15.05.2026
Aktual
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:30 15.05.2026
Cəmiyyət
Azərbaycan-Rusiya iqtisadi münasibətləri müzakirə olunub
18:18 15.05.2026
Gündəm
Merz Trampa zəng etdi: Hörmüz açılmalıdır!
18:00 15.05.2026
Dünya
Putin Pekinə məcbur qalıb getdi - POLİTOLOQ
17:44 15.05.2026
Dünya
Tramp: İranın göndərdiyi sənədin ilk cümləsini oxuyub, kənara atdım
17:29 15.05.2026
Dünya
Rusiya Ermənistandan son qərarı verməsini tələb etdi
17:05 15.05.2026
Gündəm
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
16:08 15.05.2026
Cəmiyyət