Əlavə qanuna ehtiyac var
Şəymən Bayramova
08:34 25.08.2020
İqtisadiyyat
1050
Əcnəbi sahibkarlar rayonlara dəvət olunmalıdır
Prezident İlham Əliyev icra hakimiyyəti başçılarını təyin edərkən, onlardan etdiyi tələbin biri də, rəhbərlik etdiyi rayonlara investisiyanın cəlb edilməsi ilə bağlıdır. Dövlət başçısı Biləsuvar və Saatlı rayon icra hakimiyyətləri başçılarının vəzifələrinə təyin olunmaları ilə əlaqədar videoformatda qəbulunda da bu məsələyə növbəti dəfə diqqət çəkib.
Prezident qeyd edib ki, rayonlara sərmayə qoyuluşu stimullaşdırılmalı, xarici investorlar cəlb edilməli, onlara şərait yaradılmalıdır. Azərbaycan sahibkarları ölkəmizdə mövcud olan və gündən-günə möhkəmlənən sabitlikdən, əmin-amanlıqdan istifadə edərək, dövlətin onlara verilən dəstəkdən faydalanaraq, onlar üçün yaradılmış şəraitdən bəhrələnərək, iqtisadiyyatımızın liberallaşmasından xeyir görərək xarici ölkələrə böyük həcmdə sərmayə qoyurlar. Ancaq xarici ölkələrə on milyonlarla dollar həcmində investisiya qoyan Azərbaycan sahibkarı, ilk növbədə, öz vətənini, öz insanlarını düşünməlidir. Bu gün pandemiya dövründə, neftin qiymətinin kəskin düşməsi şəraitində işsizlik arta bilər. Ona görə də sahibkarların mənəvi öhdəliyi olmalıdır və onlar indiki şəraitdə vəsaitlərini ölkə iqtisadiyyatına yönəltməlidirlər.
İqtisadçı-ekspert Natiq Cəfərlinin "Sherg.az"a açıqlamasına görə, investisiya qoyuluşu zamanı rayonlara fərdi yanaşmaq lazımdır. Bir bölgəyə aid sərmayə planları başqası üçün uğursuz nəticələnə bilər:
Amma regionlara xarici investitorların cəlb olunması ilə bağlı məsələni kifayət qədər aktual hesab edirəm. Fikrimcə, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzv olması xarici investorlar üçün çox cəlbedici ola bilər. Həmçinin investisiyaların qorunması ilə bağlı əlavə qanuna ehtiyac var.
Qanunlara müəyyən əlavə və düzəlişlər edildikdən sonra icra başçıları konkret rayonlardakı potensialı öyrənməli və buna uyğun yatırımların cəlb olunması haqqında düşünməlidirlər.
Sözsüz ki, bölgələrdə müxtəlif sərgilər keçirilməli, əcnəbi sahibkarlar rayonlara dəvət olunmalıdır. Doğrudur, gedişat onu göstərir ki, gələcəkdə xarici investitorlarla iş daha intensiv xarakter ala bilər. Lakin arzuolunan nəticə üçün hər şeydən əvvəl mövcud qanunvericilikdə dəyişikliklər edilməlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Avropa Azərbaycanın qapısını döyür” - Orxan Yolçuyev (MÜSAHİBƏ)
18:36 16.03.2026
Müsahibə
İki Türkiyə nəhəngi Levandovski üçün qarşı-qarşıya gəldi
18:20 16.03.2026
Futbol
İspaniya Aİ-nin Hörmüz boğazındakı missiyasında iştirak etməyəcək
18:13 16.03.2026
Dünya
Aİ Çin və İran şirkətlərinə sanksiya tətbiq edib
18:05 16.03.2026
Gündəm
Vilayət Eyvazov Bakıda sıra baxışı keçirib
18:02 16.03.2026
Ölkə
ABŞ Ordusu 12 ölkənin adını açıqladı - Siyahıda Azərbaycan da var
17:43 16.03.2026
Gündəm
Kobaxidze: Gürcüstan ATƏT-in tövsiyələrini nəzərə almayacaq
17:41 16.03.2026
Region
İran XİN: Yaxın Şərq ölkələrinə müharibə elan etməmişik
17:25 16.03.2026
Gündəm
Hörmüz boğazında 5 minlik qüvvə yetərli deyil - Rasim Musabəyov
16:53 16.03.2026
Müsahibə
AYNA: "Brutto müqavilə" sisteminin bu il tətbiqi nəzərdə tutulub
16:27 16.03.2026
Gündəm
“Azərsüd” mükafat qazanıb
16:04 16.03.2026
Ölkə
Göyərçinləri yemləyən 4 yaşlı uşaq həyatını itirdi
16:02 16.03.2026
Hadisə
Qanunvericiliyə “Xarici film” anlayışı daxil edilib
15:45 16.03.2026
Mədəniyyət