Ərdoğanın açıqlaması bazara pozitiv siqnal göndərdi
Yusif Nəzərli
03:34 22.12.2021
İqtisadiyyat
427
Lakin lirəyə inamın arxasında real iqtisadi güc durmalıdır
Bundan sonra lirə dollar qarşısında əhəmiyyətli dərəcədə bahalaşdı
Əsas problem inflyasiyadır. Ölkədə qiymətlər kəskin sürətdə bahalaşır, bir tərəfdən də pul emissiyası artır
Türkiyə lirəsi dollar qarşısında dəyər qazanıb. Hazırda 1 dollar 12 lirə nisbətindədir. Ekspertlər normallaşma prosesinin davam edəcəyini vurğulayıblar. Xatırladaq ki, son günlər Türkiyədə lirə-dollar nisbətində milli valyutanın kəskin dəyər itirməsi nəticəsində 1 ABŞ dolları 18 lirəni keçmişdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Nazirlər Kabinetinin iclasından çıxışından sonra lirə dollar qarşısında dəyər qazanmağa başlayıb. Prezident Ərdoğan çıxışında yeni iqtisadi sistemə keçəcəklərini və türk lirəsinin məzənnəsi üçün yeni tənzimləmələr olacağını bildirib.
Lakin Ərdoğan uçot dərəcəsinin aşağı həddə saxlanması siyasətinin davam etdiriləcəyini də deyib. Türkiyə mətbuatının yazdığına görə, Ərdoğanın çıxışından sonra vətəndaşlar kütləvi şəkildə banklara axışaraq dollar satmağa başlayıblar. Bu da lirənin dollar qarşısında sürətlə dəyər qazanmasına səbəb olub. Türkiyənin böyük kapitala məxsus olan bir çox bankları, o cümlədən Ziraat Bankı açıqlama yayaraq bildirib ki, vətəndaşlar 1 gün ərzində 1 milyarddan artıq dolları lirəyə dəyişiblər. Yerli ekspertlərə görə, dolların həddən artıq dəyər itirməsi də yaxşı deyil. Çünki Türkiyə ixracatı gücləndirmək istəyir. Dollar həddən artıq dəyər itkisi ilə üzləşsə, tekstil sahəsindəki ixracata və turizmə zərbə vura bilər. İqtisadçıların fikrincə, koronavirusdan sonra lirənin həqiqi dəyəri 8-9 arasıdır.
İqtisadçı Samir Əliyev bildirib ki, Türkiyə prezidentinin çıxışında təklif etdiyi yeni mexanizm milli valyutanı qorumaqla yanaşı, bank sektorunun dollarlaşmasının qarşısını almaq cəhdidir. Ərdoğanın açıqlamasına diqqət çəkən ekspert bildirib ki, türk lirəsinin məzənnəsinin ucuzlaşma səviyyəsi lirə əmanətinə verilən faiz gəlirindən çox olarsa, bu halda fərq birbaşa əmanətçiyə ödəniləcək. Həm də gəlir vergisindən azad olunacaq:
“Digər tərəfdən ixracatçı şirkətlərə Mərkəzi Bank vasitəsilə forvard məzənnələri veriləcək ki, şirkətlər həmin məzənnə əsasında satış strategiyalarını qursunlar. Bu halda da forvard məzənnə ilə satış məzənnə arasındakı fərq ixracatçı şirkətlərə kompensasiya ediləcək. Yeni maliyyə aləti kifayət qədər cəlbedicidir. Təsadüfi deyil ki, Ərdoğanın açıqlaması bazara pozitiv siqnal göndərdi və lirə dollar qarşısında əhəmiyyətli dərəcədə bahalaşdı. Xəbərin təsiri sonrakı gün də davam edib, Asiya bazarlarında lirə mövqeyini xeyli möhkəməndirib”.
S.Əliyev vurğulayıb ki, Türkiyə lirəsinin ucuzlaşmasının zərərlərindən biri də bank sektorunun dollarlaşmasının stimullaşması idi:
“Yola saldığımız 2021-ci ildə həm kredit, həm də depozit portfeli ABŞ dollarının “nəzarəti altına” keçib. Dekabr ayının 10-u tarixinə olan məlumata görə, il ərzində xarici valyuta kreditlərinin payı kredit qoyuluşunda 31.9 faizdən 41.6 faizə yüksəlib. Bu göstərici xarici valyutaların xeyrinə qiymətli kağızlarda da dəyişərək 41,2 faizdən 52,4 faizə çatıb. Xarici valyutaların payının artması lirə depozitləri və kreditlərinin azalması ilə bağlı deyil. Bu, xarici valyutaların artım tepminin lirənin artım tempini üstələməsi və əlbəttə, məzənə ilə bağlıdır. Ərdoğanın təqdim etdiyi maliyyə alternativinin müsbət təsirinin nə qədər davam edəcəyini söyləmək çətindir. Hazırda əsas problem inflyasiyadır. Ölkədə qiymətlər kəskin sürətdə bahalaşır, bir tərəfdən də pul emissiyası artır.
Ölkədən kapital axını var, valyuta ehtiyatı tükənir, xarici borc artır. Lirəyə inamın arxasında real iqtisadi güc durmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens: İranla danışıqlarda çox yaxşı irəliləyiş var
23:54 19.05.2026
Dünya
"The New York Times": Tehran dağıdılmış tunelləri bərpa edir
23:28 19.05.2026
Dünya
Qorxulu iqlim ssenarisi üçün əsas yoxdur - Ekoloq
22:44 19.05.2026
Ekologiya
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
22:27 19.05.2026
Dünya
Fransa hərbi xərcləri 36 milyard avro artıracaq
22:06 19.05.2026
Dünya
"Meta" yeddi min işçisini süni intellekt bölməsinə keçirir
21:33 19.05.2026
Texnologiya
Tramp: Si Cinpin İrana silah göndərilməyəcəyinə təminat verib
20:48 19.05.2026
Gündəm
Demet Özdemir Kann festivalında diqqət mərkəzində oldu
20:44 19.05.2026
Şou
Tramp Kuba ilə razılaşmanın mümkün olduğunu deyib
20:28 19.05.2026
Dünya
Tramp Ağ Evin damına dron yerləşdiriləcəyini bildirib
20:19 19.05.2026
Gündəm
NATO Hörmüz boğazında gəmiçiliyi bərpa etmək istəyir
20:07 19.05.2026
Gündəm
Putin Çinə səfər edib
19:56 19.05.2026
Dünya
Tramp: Onlara daha bir böyük zərbə vurmalıyıq
18:59 19.05.2026
Dünya
ABŞ Avropadakı hərbçilərin sayını azaltmaqda davam edəcək
18:50 19.05.2026
Dünya