"Əsrin müqaviləsi" istisnasız olaraq Heydər Əliyev dühası və zəkasının məhsuludur
10:01 20.09.2020
İqtisadiyyat
1308
“Bu gün "Əsrin müqaviləsi"nin imzalanmasından 26 il ötür. Bu müqavilənin Azərbaycanın dövlətçiliyi baxımından önəmi misilsizdir. "Əsrin müqaviləsi" barədə danışarkən biz tək onun iqtisadi deyil, həm də siyasi əhəmiyyətini vurğulamalıyıq”.
“Sherg.az”ın xəbərinə görə, bu sözləri deputat Elnur Allahverdiyev deyib. O bildirib ki, dünyanın aparıcı dövlətlərinin transmilli neft şirkətləri ilə imzalanan müqavilənin Azərbaycanın müstəqilliyinin bərqərar olmasında böyük rolu var:
“Bu sənədin həm ölkəmizdə, həm də regiondakı siyasi sabitlik baxımından əhəmiyyəti danılmazdır. Azərbaycan müqavilə nəticəsində ölkəmizə axan sərmayeni insan kapitalına və iqtisadiyyata yönəltməklə, ayağa qalxmağa müvəffəq oldu və nəticəsi göz qabağındadır – sosial-iqtisadi inkişaf, ordu quruculuğu, insanların firavan həyatı. "Əsrin müqaviləsi" istisnasız olaraq Heydər Əliyev dühası və zəkasının məhsuludur. Qeyri-sabit, ərazilərinin işğal altında olduğu, iqtisadiyyatın süqut etdiyi, dövlətçilik üçün tələb olunan hüquqi-siyası bazanın yoxluğu şəraitində buna nail olmaq müdhiş siyasi fəaliyyət, dəmir iradə və bacarıq tələb edirdi”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi
AJB-nin Aran bölgəsi üzrə zona müşavirəsi keçirilib -FOTO
14:49 23.08.2026
Media
İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib
14:00 23.08.2026
Rəsmi
Yenidən prezident seçilmək hüququm var - Tokayev
13:43 23.08.2026
Aktual
Suriya XİN: İsraillə danışıqlar bərpa oluna bilər
13:27 23.08.2026
Aktual