Ev almaq istəyənlərin NƏZƏRİNƏ: “!Qiymətlər bahalaşacaq”
Fidan Həmişəyeva
12:09 01.09.2021
İqtisadiyyat
722
“Çünki son 1 il yarımda tikinti məhsullarının qiymətində artım var”
“Bu da birbaşa istər yeni tikili, istərsə də həyət evlərininin qiymətinə təsir edir”
“Bəzi tikinti materiallarında 30 faiz, bəzilərində isə daha çox artımlar müşahidə olunur”
Artıq 1 il yarımdır ki, ölkəmiz pandemiya ilə mübarizə aparır. Koronavirusun mənfi təsirləri bir çox sahədə olduğu kimi mənzil bazarından da yan keçmədi. Mənzil bazarında durğunluq müşahidə olundu. Bundan başqa , pandemiya dövrü kirayə mənzillərə təsirsiz ötüşməyib. Bazar üçün avqustun sonu - sentyabrın əvvəlinə düşən "qaynar" mövsüm bu il praktik olaraq hiss olunmur. Ümumiyyətlə, tələbələrin bölgələrə getməsi səbəbindən kirayə evlərə də tələbat azalıb.
Mənzil bazarındakı vəziyyəti şərh edən Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev vurğulayıb ki, xarakterindən asılı olaraq bütün Azərbaycan xalqı əmlaka bağlıdır. Onun sözlərinə görə, Bakı şəhərinə baxsaq, görərik ki, hər tərəfdə yeni tikili kompleks binalar və hər binada da minimum 2-3 min mənzil var:
“Bu, o deməkdir ki, insanların mənzilə marağı daha çoxdur. Türkiyə, Avropa və digər ölkələrdə böyük əksəriyyət insan kirayədə qalmağı üstün tutur. İnsanlar pandemiya dövründə bəzi əngəllər üzündən ev ala bilmədilər. Bankların zəif işləməsi, ölkə sərhədlərinin bağlı olması, virus təhlükəsinə görə ev satanların alıcıları öz evlərinə buraxmaması kimi halların şahidi olduq. Hazırda isə bütün dünyada vəziyyət dəyişib, artıq insanlar koronavirusla bağlı qadağalara öyrəşib.
Ancaq əmlak bazarı Azərbaycanda mövcuddur. Düzdür, indiki vəziyyət əvvəlki kimi deyil, lakin ötən illərə nisbətən yaxşılaşma var. Sadəcə satışların böyük əksəriyyəti kredit üzərindən aparılır.
Satışı zəif olan sahələr isə istismar müddəti bitmiş köhnə binalardır. Belə mənzillər ipoteka və digər kreditlərə düşə bilmir, onların satışı əvvəlki kimi deyil. Əvvəllər xaricdə, əsasən də Rusiyada yaşanlar gəlib Bakıdan mənzil alırdılarsa, son 1 il yarımda bu say azalıb. Türkiyədə çoxlu sayda azərbaycanlı vətəndaş ev alıb”.
E.Fərzəliyev bildirib ki, hazırda mənzil bazarında vəziyyət ötən ilə nisbətən daha yaxşıdır:
“Çünki ötən il mənzil bazarı tamamilə çökmüşdü. Hazırda mənzil alışı və satışı qaydasına düşmək üzrədir. Qiymətlərdə isə enmə olmayacaq. Satış bir az sürətlənsə, qiymətlərdə artım müşahidə ediləcək. Çünki son 1 il yarımda tikinti məhsullarının qiymətində artım var. Bu da birbaşa istər yeni tikili, istərsə də həyət evlərininin qiymətinə təsir edir.
Bəzi tikinti materiallarında 30 faiz, bəzilərində isə daha çox artımlar müşahidə olunur. Bu da onu göstərir ki, müəyyən zamandan sonra xüsusən yeni tikili binalardakı qiymət bugünkü kimi olmayacaq. Səbəb həm tikinti materiallarının qiymətindəki bahalaşma, həm də torpaq sahəsi yox kimidir, yəni məhdud saydadır”.
Ekspert kirayə mənzil bazarındakı duruma da toxunub:
“Kirayə mənzil bazarı keçən il sərt karantin olan zaman çökmüşdü. Ali təhsil müəssisələri bağlandı, tələbələr rayonlara getdi, xarici vətəndaşlar da öz ölkələrinə qayıtdılar deyə kirayə mənzil bazarında boşluq yarandı.
Bu gün ucuz kirayə mənzillərin sayı məhdud saydadır, hətta yox dərəcəsindədir. Amma yeni tikili binalardakı bahalı evlərin böyük əksəriyyəti ötənilki sərt karantindən bu yana demək olar ki, boş vəziyyətdədir. Çünki bahalı evləri kirayə tutan şirkət rəhbərləri, xarici vətəndaşlar artıq Bakıda deyillər.
Ali təhsil müəssisələri açılsa, yoluxma sayı azalsa, xarici tələbələr və iş adamları ölkəmizə gəldikdə bahalı mənzillərin də kirayəsinə dair vəziyyət düzələcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İki Türkiyə nəhəngi Levandovski üçün qarşı-qarşıya gəldi
18:20 16.03.2026
Futbol
İspaniya Aİ-nin Hörmüz boğazındakı missiyasında iştirak etməyəcək
18:13 16.03.2026
Dünya
Aİ Çin və İran şirkətlərinə sanksiya tətbiq edib
18:05 16.03.2026
Gündəm
Vilayət Eyvazov Bakıda sıra baxışı keçirib
18:02 16.03.2026
Ölkə
ABŞ Ordusu 12 ölkənin adını açıqladı - Siyahıda Azərbaycan da var
17:43 16.03.2026
Gündəm
Kobaxidze: Gürcüstan ATƏT-in tövsiyələrini nəzərə almayacaq
17:41 16.03.2026
Region
İran XİN: Yaxın Şərq ölkələrinə müharibə elan etməmişik
17:25 16.03.2026
Gündəm
Hörmüz boğazında 5 minlik qüvvə yetərli deyil - Rasim Musabəyov
16:53 16.03.2026
Müsahibə
AYNA: "Brutto müqavilə" sisteminin bu il tətbiqi nəzərdə tutulub
16:27 16.03.2026
Gündəm
“Azərsüd” mükafat qazanıb
16:04 16.03.2026
Ölkə
Göyərçinləri yemləyən 4 yaşlı uşaq həyatını itirdi
16:02 16.03.2026
Hadisə
Qanunvericiliyə “Xarici film” anlayışı daxil edilib
15:45 16.03.2026
Mədəniyyət
ABŞ-nin şərtləri İran rejimi üçün intihar deməkdir - ŞƏRH
14:29 16.03.2026
Gündəm