“Biz qeyri-adi bir qanunla çıxış etmirik. Bu, bütün inkişaf etmiş, Avropa ölkələrində var. Ola bilsin, Afrikada olmasın. Amma axı Azərbaycan Afrika ölkəsi deyil. Deməli, biz gecikirik. Banklar müqavilələrdə məsuliyyət sahibi kimi, demək olar, ancaq vətəndaşı göstərirlər. Sonra da bir problem çıxanda “İstəmirdinsə, qol çəkməzdin” deyir. Bu fikir Qərbdə aqrument kimi artıq qəbul olunmur. Tam əminliklə deyirəm ki, müqavilələrdə vətəndaşların hüquqları pozulur”.
Gecikirik !- “Banklarla bağlı yeni qanun layihəsi qəbul olunmaldır”
Banuçiçək Kalbalıyeva
07:20 17.06.2020
İqtisadiyyat
1171
“Çünki bank müqavilələrində, xüsusilə kredit müqavilələrində problemlər var”
“Biz hələ 2014-cü ildə bir alman professoru ilə birlikdə yeni qanun layihəsi hazırlamışdıq. Ancaq banklar qanun layihəsinin qəbul edilməsinə mane oldular”
“Azərbaycanda bank müqavilələri ədalətli tərtib olunmur. Məsuliyyətin böyük əksəriyyəti vətəndaşın öhdəsinə düşür. Bank çox az məsuliyyət daşıyır”.
Bu sözləri iqtisadçı-ekspert Natiq cəfərli bankların fəaliyyəti haqqında danışarkən deyib. O, bankla vətəndaş arasında müqavilələrin formasının yenidən işlənməsini təklif edib.
Məsələyə dair “Sherg.az”a fikrini bildirən bank məsələləri üzrə ekspert Əkrəm Həsənov iqtisadçının sözlərində həqiqət olduğunu deyib:
“Bəli, xüsusilə kredit müqavilələrində problem var. Biz hələ 2014-cü ildə bir alman professoru ilə birlikdə yeni qanun layihəsi hazırlamışdıq. Orada bankların müqaviləyə nəyi daxil etmək hüquqlarının olmadığı göstərilir. Ancaq banklar qanun layihəsinin qəbul edilməsinə mane oldular. Çünki bu, onlara sərf etmir”.
Ə.Həsənovun sözlərinə, yeni qanun layihəsi günün tələbidir:
“Biz qeyri-adi bir qanunla çıxış etmirik. Bu, bütün inkişaf etmiş, Avropa ölkələrində var. Ola bilsin, Afrikada olmasın. Amma axı Azərbaycan Afrika ölkəsi deyil. Deməli, biz gecikirik. Banklar müqavilələrdə məsuliyyət sahibi kimi, demək olar, ancaq vətəndaşı göstərirlər. Sonra da bir problem çıxanda “İstəmirdinsə, qol çəkməzdin” deyir. Bu fikir Qərbdə aqrument kimi artıq qəbul olunmur. Tam əminliklə deyirəm ki, müqavilələrdə vətəndaşların hüquqları pozulur”.
Ekspert düşünür ki, yeni qanun layihəsinin qəbul olunması üçün hər kəs məsuliyyətini başa düşməlidir:
“Dediyim kimi, biz qanun layihəsi hazırlamışıq. Bircə qalır, bunu qəbul etmək. Əslində dövlət orqanları, o cümlədən Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Vergilər Nazirliyi bununla razıdırlar. Ancaq banklar assosasiyası məsələyə mənfi münasibət göstərir. Yəqin ki, yekun qərarı Ədliyyə Nazirliyi verməlidir. Həm də deputatlar məsələni gündəmə gətirməlidirlər. Parlamentdə Əli Məsimli ilə Vahid Əhmədovdan başqa heç kim bu haqda danışmır. Vətəndaşlar da fəal olmalı, haqqlarını tələb etməlidirlər. Ancaq bu yolla nəyəsə nail olmaq mümkündür”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi