Gələn il də çətin il olacaq
05:48 09.10.2020
İqtisadiyyat
1181
Çünki pandemiyanın tamamilə bitəcəyi məlum deyil
İqtisadiyyat xeyli geriləyəcək. Avropada yenidən qapanmalar başlayır və ikinci dalğa məsələsi gündəmdədir
Dünya Bankı bu il Azərbaycan iqtisadiyyatının COVİD-19 pandemiyasının fonunda 4,2 faiz azalacağını proqnozlaşdırır. Bu barədə Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə dərc olunmuş yenilənmiş hesabatına istinadən xəbər verilir. Qeyd edilir ki, sözügedən proqnoz iyun ayında verilən proqnozdan 1,6 faiz bəndi çoxdur. Hesabatda verilən məlumata görə, 2021-ci ildə ölkədə ÜDM 1,9 faiz artacaq və bu, ötən proqnozdan 0,3 faiz bəndi azdır. Bankın hesabatına əsasən, bədbin senaridə Azərbaycan iqtisadiyyatının gələn il artımı daha zəif – 1,1 faiz səviyyəsində ola bilər.
İqtisadçı-ekspert Natiq Cəfərli "Şərq"ə açıqlamasında bildirib ki, son 8 ayda ümumdaxili məhsulun daralması 3,8 faiz təşkil edir. Onun sözlərinə görə, ilin sonuna kimi təqribən 4,5 faizə qədər azalması gözlənilir:
"İlk olaraq, burda pandemiyanın vurduğu zərbələr var. Bildiyimiz kimi, Azərbaycan iqtisadiyyatı bir müddət qapalı oldu, əsasən də xidmət sahələri. Günü bu gün də onların fəaliyyəti tam bərpa olunmayıb.
Pandemiya ilə əlaqədar bağlantılarla yanaşı, son vaxtlar ölkədə hərbi vəziyyətin elan olunması da iqtisadi zəifliyə səbəb olur. Çünki ticarət dövriyyəsinin, xidmət sahəsinin daha tez qapanması iqtisadi dövriyyənin zəifləməsinə səbəb olan amillərdən biridir".
İqtisadçı-ekspert iqtisadiyyata təsir edən əsas məsələlərdən birinin neft qiymətlərinin azalması ilə əlaqələndirib:
"Neft qiymətinin aşağı düşməsi, ümumillikdə, Azərbaycan iqtisadiyyatının valyutaya daxil olmalarına ciddi şəkildə mənfi təsir göstərir. Gələn il proqnozlarına görə, neftin təqribən qiymətinin 40 dollar civarında olma ehtimalı var.
Beynəlxalq agentliklər iqtisadiyyatımızın bərpa olunmasının daha geniş zaman alacağını söyləyirlər.
Çünki bizim xarici ticarətdə 87 faizini birbaşa xam neft təşkil edir. Ümumilikdə isə enerji sektorunu götürəndə 90-91 faizə qədər edir ki, bu da ciddi bir rəqəmdir. Neftin qiymətinin düşməsi isə xarici ticarətə valyuta daxil olmalarına, iqtisadi artıma ciddi mənfi təsir göstərir.
Ona görə də, düşünürəm ki, gələn il də çətin il olacaq. Çünki pandemiyanın tamamilə nə vaxt bitəcəyi bilinmir. Hətta dünya iqtisadiyyatının tam nə vaxt bərpa olunacağı da məlum deyil.
Bu gün diqqət yetirsək görərik ki, Avropada yenidən qapanmalar başlayır və ikinci dalğa məsələsi gündəmdədir. Ona görə də, çox güman ki, bizi gələn il iqtisadi məsələlərdə çətin bir il gözləyir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişib
18:17 28.10.2026
Gündəm
Azərbaycan və Tacikistan Məkkə Konvensiyasını imzalayıb
18:04 28.10.2026
Gündəm
Azərbaycanda aliment artırılacaq
17:57 28.10.2026
Sosial
TRIPP Ermənistanın sülhə gedən yolunu qısaldır - ŞƏRH
17:36 28.10.2026
Cənubi Qafqaz
Azərbaycan və BƏƏ arasında “Yol Xəritəsi” imzalandı
17:20 28.10.2026
Gündəm
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
17:12 28.10.2026
Aktual
Azərbaycanda 17 min manata pişik satılır - FOTO
16:42 28.10.2026
Maraqlı
Özəl məhkəmə ekspertizasına nəzarət dəyişir - Əsas meyar açıqlanıb
16:38 28.10.2026
Aktual
Sabunçuda evdən 10 min manatlıq qızıl oğurlanıb
16:21 28.10.2026
Hadisə
“Nar” AzTU tələbələri üçün növbəti karyera planlaması təlimi keçirib
16:19 28.10.2026
Ölkə
Nazir Murat Kurum Ankara bələdiyyə başqanı Mansur Yavaşı qəbul edib
15:58 28.10.2026
Dünya
Putin: Bu ölkələr yeni dünya nizamını qəbul etmirlər
15:55 28.10.2026
Dünya
Azərbaycanda 2 minlik cərimə 50 manata endirilir
15:47 28.10.2026
Aktual
Ramiz Mehdiyev AMEA-dan qovuldu
15:07 28.10.2026
Cəmiyyət