Gözlənilən idi...
07:56 20.10.2020
İqtisadiyyat
1219
Bu il tütün istehsalında 30 faiz artım müşahidə olunub
Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda 5 764,6 mln. ədəd papiros, siqaret və 3 513,7 ton fermentləşdirilmiş tütün istehsal edilib. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ümumiyyətlə, hesabat dövründə ölkədə 296,6 mln. manatlıq tütün məmulatları istehsal olunub ki, bu da illik ifadədə 13,5 faiz çoxdur. Yanvar-sentyabrda kənd təsərrüfatı sektoru çərçivəsində 4 717 ton tütün istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11faiz çoxdur.
İqtisadçı-ekspert Natiq Cəfərli "Şərq"ə açıqlamasında bildirib ki, ölkəmizdə bu il tütün istehsalının 30 faizədək artımı müşahidə olunub. Ekspert bildirib ki, bunun əsas səbəbi 2019-cu ildə bu məhsullara təşviq addımlarının atılması ilə əlaqədardır:
"Ötən il tütün məhsullarına subsidiyalar artırıldı. Subsidiyaların artırılması da bu sahəni daha sərfəli hala gətirdi. Əslində, gözlənilən idi ki, bu sahədə cari ildə müəyyən artım müşahidə olunsun. Çünki xaricdən gətirilməsi daha baha başa gəldiyinə görə, yerli istehsalın artması daha rentabelli oldu. Təbii ki, keçənilki təşviq proqramları da buna dəstək oldu. Nəticə etibarilə də tütün sahəsində nəzərəçarpacaq artım müşahidə olundu".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişib
18:17 28.10.2026
Gündəm
Azərbaycan və Tacikistan Məkkə Konvensiyasını imzalayıb
18:04 28.10.2026
Gündəm
Azərbaycanda aliment artırılacaq
17:57 28.10.2026
Sosial
TRIPP Ermənistanın sülhə gedən yolunu qısaldır - ŞƏRH
17:36 28.10.2026
Cənubi Qafqaz
Azərbaycan və BƏƏ arasında “Yol Xəritəsi” imzalandı
17:20 28.10.2026
Gündəm
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
17:12 28.10.2026
Aktual
Azərbaycanda 17 min manata pişik satılır - FOTO
16:42 28.10.2026
Maraqlı
Özəl məhkəmə ekspertizasına nəzarət dəyişir - Əsas meyar açıqlanıb
16:38 28.10.2026
Aktual
Sabunçuda evdən 10 min manatlıq qızıl oğurlanıb
16:21 28.10.2026
Hadisə
“Nar” AzTU tələbələri üçün növbəti karyera planlaması təlimi keçirib
16:19 28.10.2026
Ölkə
Nazir Murat Kurum Ankara bələdiyyə başqanı Mansur Yavaşı qəbul edib
15:58 28.10.2026
Dünya
Putin: Bu ölkələr yeni dünya nizamını qəbul etmirlər
15:55 28.10.2026
Dünya
Azərbaycanda 2 minlik cərimə 50 manata endirilir
15:47 28.10.2026
Aktual
Ramiz Mehdiyev AMEA-dan qovuldu
15:07 28.10.2026
Cəmiyyət