“Həm sahibkarlar, həm əhali, həm də büdcə qazanacaq” - AKTUAL
Turan
12:31 23.05.2020
İqtisadiyyat
1393
“Azad İqtisadi Zonasının yaradılması qeyri-neft sektorunun inkişafına və beynəlxalq ticarət imkanlarımızın genişlənməsinə gətirib çıxaracaq”
Prezident İlham Əliyev Ələt azad iqtisadi zonasının yaradılması və fəaliyyətinin təşkili haqqında fərman imzalayıb. Yeni yaradılacaq iqtisadi zonanın daha çox nəqliyyat, logistika zonasının formalaşmasına xidmət edəcəyi deyilir. Əsasən də investisiyaların cəlb olunması burada əsas hədəf olaraq nəzərdə tutulur. Vurğulanır ki, Azərbaycan tranzit ölkə olaraq öz imkanlarını genişləndirə biləcək və ölkə ərazisinə daha çox yükdaşımalara nail olacaq. İqtisadi zona həmçinin dövlət gəlirlərinin və büdcəyə daxil olan vəsaitin artmasına da səbəb olacaq, məşğulluğun inkişafına mühüm təsir göstərəcək. Azərbaycanın imkanları genişlənəcək.
Ələt azad iqtisadi zonasının yaradılması və fəaliyyəti ilə bağlı “Sherg.az”a danışan “Altay” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri bildirib ki, dünyanın bir çox ölkəsində fəaliyyət göstərən belə zonalarda sürətli iqtisadi inkişaf müşahidə olunur:
“Bu onunla bağlıdır ki, belə zonalarda fəaliyyət göstərən şirkətlər və ya fiziki şəxslər vergi, kömrük və s rüsumlara cəlb edilmir. Ticarət, istehsal və beynəlxalq daşımalar üçün müvafuq infrastruktur yaradılır. Azərbaycanda belə zonanın yaradılması üçün imkan var. Ölkəmiz əlverişli coğrafi mövqeyinə və nəqliyyat qovşağında yerləşdiyinə görə, bu cür zonaların yaradılması perspektivli hesab edilir. Dünyanın demək olar ki, bütün ölkələri azad iqtisadi zonaların yaradılmasına çalışır. Ancaq bəzi ölkələrdə bu praktiki nəticəsini vermir. Bu layihənin həyata keçirilməsi ümumilikdə ölkənin iqtisadi inkişafına müsbət təsir edəcək. Belə zonalara böyük investisiyalar qoyulur. Dolayısı yolla həm yerli sahibkarlar, həm əhali, həm də büdcə bundan qazanır. Bu həm də ölkədə qeyri-neft sektorunun inkişafına və beynəlxalq ticarət imkanlarımızın genişlənməsinə gətirib çıxaracaq”.
E.Bayramlının sözlərinə görə, dövlət bu zonanın təşkili üçün müəyyən şərait yaradacaq və bir qədər xərcləri də olacaq:
“Lakin belə zonaların yaradılması üçün dövlət büdcəsindən o qədər də çox vəsaitlər tələb olunmur. Yalnız investorların qoyduğu kapital hesabına belə zonalar yaranır və inkişaf edir. Onlar invsetisiya qoyurlar və xüsusi güzəştlər nəticəsində qoyduqları sərmayəni qısa zamanda çıxarırlar. Bu addımla dövlət həmin bölgələrin inkişafını təmin etmiş olur, iqtisadi fəallıq artır, məhsul bolluğu və ucuzlu əmələ gəlir. Dövlət biarbaşa itirsə də dolayı yolla daha çox qazanır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi