
“İctimai nəqliyyatda qiymət artımı qaçılmazdır” – Açıqlama
Yusif Nəzərli
13:16 26.09.2022
İqtisadiyyat
739
Bakıda və ətraf qəsəbələrdə fəaliyyət göstərən sərnişindaşıma şirkətləri İqtisadiyyat Nazirliyinə kollektiv müraciət ünvanlayıblar. Onlar tariflərə baxılmasını, dövlətin ictimai nəqliyyata dəstək verməsi yollarının nəzərdən keçirilməsini və birgə görüşün keçirilərək yaranmış vəziyyətin müzakirə edilməsini xahiş ediblər.
Qeyd olunub ki, bu ilin yanvar və aprel aylarında Tarif (qiymət) Şurasına müraciət edilib, lakin həmin müraciətlər cavabsız qalıb.
Müraciətdə qeyd edilib:
“İctimai nəqliyyatda mövcud olan vahid tariflə ölkədəki və dünyadakı bazar reallıqları arasında kəskin fərqlər yaranıb. Bu müraciətlə bağlı şirkətlərdən 2022-ci ilin proqnoz göstəriciləri tələb olunmuş və tələb icra edilib. Lakin müraciət bu günə qədər nəticəsiz qalıb. Bir daha diqqətinizə çatdırırıq ki, Bakıda ictimai nəqliyyatın 81 %-nə özəl daşıyıcı şirkətlər nəzarət edir. Maliyyə hesabatlarına əsaslanaraq, hal-hazırda sərnişindaşımada mövcud olan gediş haqqının maliyyə xərclərinin qarşılanması üçün yetərli olmadığını bildiririk”.

Məsələyə münasibət bildirən iqtisadçı -ekspert Eyyub Kərimli “Sherg.az”a bildirib ki,yanacağ və ehtiyyat hissələrindəki bahalaşma ictimai nəqliyyatdakı qiymət artımını qaçılmaz edir:
“Bu gun bizdə azad bazar iqtisadiyyatı hökm sürür. Buna görə də hər bir kommersiya subyekti rentabelli fəaliyyət göstərməyə məhkumdur. Hazırda olan qiymət isə şirkətlər üçün rentabelli deyil. Sahibkarların çoxu xətlərdəki avtobusları dayandırırlar.Çünki onlar ehtiyat hissələri əldə edə və işçilərin maaşını verə bilmirlər. Bu da nəqliyyat xidmətindəki keyfiyyətin aşağı düşməsinə səbəb olur. Lakin ictimai nəqliyyatdakı bahalaşma gələcəkdə keyfiyyətli xidmətin aparılmasına təsir göstərəcək. Əhalinin sosial cəhətdən həssas təbəqəsinə artımın təsir etməməsi üçün onlara dövlət tərəfindən yardımlar olunmalıdır. Bunun üçün də xarici dövlətlərin təcrübəsindən istifadə edilməlidir. Güzəştlərin verilməsi ilə gediş limitindəki artım əhalinin sosial vəziyyətinə təsirsiz ötüşə biləcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
May ayı artıq əvvəlki may deyil - EKSPERTLƏRİN RƏYİ
15:46 18.05.2026
Ekologiya
DİM məlumat yaydı: Dünənki imtahan təkrar keçiriləcək!
15:34 18.05.2026
Elm və Təhsil
Nərgiz Məhəmmədi xəstəxanadan evə buraxıldı
15:21 18.05.2026
Dünya
İran bu şirkətləri hədələdi: İnterneti kəsəcəm!
15:04 18.05.2026
Region
Ukraynanın hücumları Rusiyada panika yaradıb - ŞƏRH
14:47 18.05.2026
Gündəm
ABŞ-ın dəniz blokadasını qıracağıq - Rzayi
14:45 18.05.2026
Region
Rusiya Qara dənizdə Çin gəmisini vurub
14:43 18.05.2026
Dünya
Ukrayna ordusu bu qəsəbəni azad etdi
14:03 18.05.2026
Dünya
“Sədaqətin Sükutu” adlı layihə çərçivəsində tədbir keçirilib
14:01 18.05.2026
Ölkə
Məsud Pezeşkian: Yalandan düşmənin məhv olduğunu iddia etməməliyik
14:00 18.05.2026
Region
Paşinyanın son açıqlaması Bakının mövqeyinə uyğundur - ŞƏRH
12:47 18.05.2026
Gündəm
ABŞ Prezidenti İranın təkliflərindən məmnun deyil
12:39 18.05.2026
Gündəm