
İqtisadçı: Problemli kreditlərdə böyümənin səbəbi...
12:23 25.02.2025
İqtisadiyyat
561
İnsanlar kredit götürərkən ölçüb-biçməli, yəni 1 ildən sonra işsiz qalsalar, gəlirlərini itirsələr krediti hansı vasitə ilə ödəyəcəklərini düşünməlidirlər
Bu il fevralın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 475,1 milyon manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankı (AMB) xəbər verir ki, bu, yanvarın 1-i ilə müqayisədə 5,8 % çoxdur.
Ölkədə problemli kreditlərin məbləği son 1 ildə isə 4,6 % artıb.
Yanvarın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,6 % təşkil edib. Bu nisbət dekabrın sonuna 1,6 %, ötən il yanvarın sonuna isə 1,9 % olub.
İqtisadçı -ekspert Eyyub Kərimli “Sherg.az”a bildirib ki, kreditlər ödəmə vaxtından 2-3 ay keçdikdən sonra problemli kreditlər siyahısına düşür:

“Problemli kredit kredit götürənin maliyyə problemlərinin olması ilə bağlıdır. Yəni götürdüyü vəsaiti ödəyə bilmir. Sözsüz ki, bəzi hallarda faiz borcları da üzərinə gələrək ödəniləcək borc daha da artır. Hər kəs kredit götürərkən öz öhdəliyini yaxşı ölçüb biçməlidir. Bəzən insanlar istehlak kreditlərini lazım oldu-olmadı məişət əşyaları almaq və digər vacib olmayan ehtiyaclarını ödəmək üçün götürür. Ödənmədikdə isə problemlər yaranır. Baxmayaraq ki, bizdə banklar bəzi hallarda şərtləri sərtləşdiriblər. Lakin görünən odur ki, problemli kreditlər böyüyür. Böyümənin səbəbi isə iqtisadi proseslərlə bağlıdır. Yəni insanlar bəzən gəlirlərini, işlərini itirirlər ona görə də ödəmələrində problemlər yaranır. Problemli kreditləri daha çox istehlak kreditlərində müşahidə edirik. İnsanlar kredit götürərkən ölçüb-biçməli, yəni 1 ildən sonra işsiz qalsalar, gəlirlərini itirsələr krediti hansı vasitə ilə ödəyəcəklərini düşünməlidirlər. Əgər bunları ölçüb-biçsələr və maliyyə savadlılığını artırsalar problemli kreditlərin sayı azalar. Düşünürəm ki, kredit olan yerdə problemli kreditlər də olacaq. Yəqin ki, insanlar bu məsələlərin həllini tapacaq. Hesab edirəm ki, daha çox iş yerləri açılmalı və insanların gəlirləri artmalıdır ki, bu cür hallar yaşanmasın”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin Pekinə məcbur qalıb getdi - POLİTOLOQ
17:44 15.05.2026
Dünya
Tramp: İranın göndərdiyi sənədin ilk cümləsini oxuyub, kənara atdım
17:29 15.05.2026
Dünya
Rusiya Ermənistandan son qərarı verməsini tələb etdi
17:05 15.05.2026
Gündəm
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
16:08 15.05.2026
Cəmiyyət
Rixard Raşi Xankəndidə quruculuq işləri ilə tanış olub
14:43 15.05.2026
Gündəm
Açıq Bankçılıq sahibkarlığın inkişafında yeni mərhələdir
14:41 15.05.2026
İqtisadiyyat
Türküstanda TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir
14:41 15.05.2026
Gündəm
Paytaxt sakinlərinin diqqətinə - TƏBİB məlumat yaydı
13:56 15.05.2026
Sağlamlıq
İcra başçısı müavinini işdən çıxardı - FOTO
13:53 15.05.2026
Gündəm
Merz: Trampla mübahisə etmək mənasızdır
13:40 15.05.2026
Dünya
Növbəti köç karvanı Cəbrayılın Şükürbəyli kəndinə çatıb
13:27 15.05.2026
Cəmiyyət
Temperatur düşür: Bakıya yağış yağacaq
12:47 15.05.2026
Ekologiya
Prezident İlham Əliyev Qazaxıstana işgüzar səfərə gəlib
12:37 15.05.2026
Gündəm
Paşinyan rusiyalı oliqarxdan üzr və 6 milyon tələb edir
12:10 15.05.2026
Gündəm