İqtisadi Şura təqdir edildi: “İqtisadiyyatımızın trayektoriyası dəyişilir”
Banuçiçək Kalbalıyeva
10:17 11.09.2020
İqtisadiyyat
1373
“Şurada maliyyə, iqtisadi və sosial bloklar müştərək fəaliyyət göstərəcək”
“Onların işinin əsas mahiyyəti isə post-pandemiya dövrünün iqtisadiyyatı üçün strateji planlar hazırlamaqdır”
Azərbaycan Respublikasının İqtisadi Şurası yaradılıb. Prezident İlham Əliyevin 9 sentyabr fərmanı ilə Şuranın sədrliyi baş nazir Əli Əsədova həvalə olunub. Şuraya cari və ortamüddətli dövr üçün iqtisadi siyasətin formalaşmasına, habelə ölkə iqtisadiyyatında yarana biləcək daxili və xarici təsirlərin qarşısının alınmasına yönəlmiş qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə islahatların və iqtisadi siyasətin istiqamətinin müəyyən edilməsinə dair təkliflər hazırlamaq tapşırılıb.
Bu barədə “Sherg.az”a danışan millət vəkili, iqtisad elmləri doktoru Rüfət Quliyev yeni yaradılan şuranın gələcək perspektivlərindən söz açıb:
“İqtisadi Şuranın səlahiyyəti keçmişdəki Maliyyə Şurasının səlahiyyətindən qat-qat çoxdur. Şurada üç fərqli blokun birgə işi nəzərdə tutulub. Belə ki, maliyyə, iqtisadi və sosial bloklar müştərək fəaliyyət göstərəcək.
Onların işinin əsas mahiyyəti isə post-pandemiya dövrünün iqtisadiyyatı üçün strateji planlar hazırlamaqdır. Eyni zamanda xarici investorlardan ötrü münbit şərait yaradılacaq.
Düşünürəm ki, İqtisadi Şuranın fəaliyyəti ilə Azərbaycan iqtisadiyyatının trayektoriyası dəyişməlidir. 2021-ci ilin büdcəsi barədə indidən müəyyən planlar hazırlanıb.
Adı çəkilən şura dünəndəın fəaliyyətə başlayıb. Zənnimcə, biz bu qurumun ortaya qoyduğu nəticəni gələn ilin mart-aprel aylarında görəcəyik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi
AJB-nin Aran bölgəsi üzrə zona müşavirəsi keçirilib -FOTO
14:49 23.08.2026
Media
İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib
14:00 23.08.2026
Rəsmi