İstənilən vergi güzəşti iqtisadiyyatı stimullaşdıran addımdır- İqtisadçı
12:33 29.04.2024
İqtisadiyyat
781
“Sadəcə olaraq qeyri-rezidentlərə deyil rezidentlərə də vergi güzəştləri tətbiq olunmalıdır"
Azərbaycanda COP29-la bağlı qeyri-rezident fiziki şəxslərə vergi güzəştlərinin tətbiq edilməsi COP29-un təşkilinə daha çox qeyri-rezidentlərin cəlb edilməsinə və həmin müddətdə işlərin aktiv şəkildə həyata keçirilməsinə imkan verəcək.
Bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
O qeyd edib ki, bu güzəştin məqsədi həm fiziki, həm də hüquqi şəxslərin prosesdə iştirakını stimullaşdırmaqdır.
"Bu, həm də tədbir keçirilən müddətdə daha çox xidmətlərin təklif edilməsinə gətirib çıxaracaq. Bu, eyni zamanda, əhalinin məşğulluğu baxımından vacibdir. Çünki qeyri-rezidentlərin bu xidmətləri göstərən zaman yaratdıqları iş yerlərində Azərbaycan vətəndaşları çalışacaq. Bu baxımdan, vergi güzəştləri yeni iş yerlərinin açılmasına səbəb olacaq", - deyə deputat əlavə edib.
Qeyd edək ki, COP29-la bağlı vergi güzəştlərinin tətbiq edilməsinə dair Vergi Məcəlləsinə təklif edilən dəyişiklik Milli Məclisin aprelin 23-də keçirilən iclasında birinci oxunuşda qəbul edilib.
Dəyişikliyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycan Respublikasında keçirilməsi ilə əlaqədar malların təqdim edilməsinə, işlərin görülməsinə və xidmətlərin göstərilməsinə cəlb olunmuş qeyri-rezident fiziki şəxslərin bu fəaliyyət çərçivəsində əldə etdiyi gəlirlər 2024-cü il martın 1-dən 9 ay müddətinə gəlir vergisindən azad edilir.
REAL Partiyasının icraçı katibi, iqtisadçı Natiq Cəfərli də “Sherg.az”a bildirib ki, istənilən vergi güzəşti iqtisadiyyatı stimullaşdıran addımdır:
“Sadəcə olaraq qeyri-rezidentlərə deyil rezidentlərə də vergi güzəştləri tətbiq olunmalıdır. Bu doğru deyil axı. İlin əvvəlində rezidentlərin vergi yükü artırıldı. Kiçik sahibkarların yükü 5 faizdən 20 faizə qədər artırıldı. Ancaq qeyri-rezidentlərdə isə vergi güzəştləri olur. Güzəştlərin olması doğrudur və yaxşı addımdır. Yaxşı olardı ki, Azərbaycan şirkətləri və Azərbaycan iş adamları üçün də eyni qaydalar tətbiq olunsun”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp İrana hücum xəbərdarlığı etdi
16:42 17.08.2026
Gündəm
Magistral kəmərlərlə qazın nəqli 2%-dən çox artıb
16:41 17.08.2026
İqtisadiyyat
Yaponiya səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
16:26 17.08.2026
Dünya
Tovuzda 26 yaşlı qadın itkin düşüb - FOTO
16:07 17.08.2026
Hadisə
Donald Tramp: İranla müharibəni dayandırmağa tələsmirəm
15:44 17.08.2026
Dünya
Azərbaycanın dənli bitki ixracı 54%-ə yaxın artıb
15:20 17.08.2026
İqtisadiyyat
ABŞ və İran atəşkəsin uzadılması barədə razılığa gəldi
15:10 17.08.2026
Son dəqiqə
Ukrayna səfiri dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür edib
15:03 17.08.2026
Siyasət
İran Omanla Hörmüz boğazı üzrə danışıqları davam etdirir
14:45 17.08.2026
Dünya
Artur Ovannisyan: KTMT-dən asılı qalmaq niyyətində deyilik
14:15 17.08.2026
Gündəm
İranda Xəzərlə bağlı beştərəfli görüş keçiriləcək
13:55 17.08.2026
Dünya
Növbəti köç karvanı Xocavəndə çatdı - YENİLƏNDİ
13:50 17.08.2026
Gündəm
Şərif Trampı təriflədi: Cəsarətli lider…
13:39 17.08.2026
Dünya
Rusiya Türkiyəni Qərbdən uzaqlaşdırmaq istəyir - Hasan Oktay
13:02 17.08.2026
Gündəm
İran Bərzaninin ofisini vurdu
12:31 17.08.2026
Dünya