“Kənd təsərrüfatı məhsullarının qiyməti “əl yandırır”- Alıcıların üzü gülmür !
Banuçiçək Kalbalıyeva
15:27 18.06.2020
İqtisadiyyat
1416
“Çünki kənd təsərrüfatı məhsullarının bazara çıxarılmasında, çeşidləmədə ciddi baryerlər var”
“Xüsusilə məmur sahibkarlığı buna bariz mümunədir”
“Mağazalarda ən ucuz meyvə 3-4 manatdan başlayır. Mövsüm vaxtı özü də. Qəribədir ki dünyanın o başından gələn banan 2 manatdır yəni qonşu kənddən gələn meyvələrdən azı 2 dəfə ucuzdur.
Çünki bazarlar alverçi mafiyası tərəfindən ələ keçirilib. Yerlərdə və ya bazarların qarşısında kəndlilərdən meyvə-tərəvəzi qəpik quruşa alır, sonra qızıl qiymətinə satırlar. Başqa səbəblər də var. Süni yaradılan suvarma problemi, məhsulun iri şəhərlərə daşınmasındakı maneələr və s. Bu vəziyyətin yaranmasını xüsusi təşkil edən Kənd Təsərrüfatı Nazirliyinin rəhbər şəxsləri əmlakı müadirə edilməklə tam heyətdə həbs edilməlidir”.
Bu barədə jurnalist Elçin Bayramlı özünün “Facebook” hesabında yazıb.
Sual yaranır, özümüzün dadlı məhsullarımız qaldığı halda, meyvə yemək üçün xaricəmi üz tutaq? Deyəsən, bizi buna məcbur edirlər. Nəticədə həm yerli istehsaldan məhrum olur, həm də iqtisadiyyatımıza can verə bilmirik.
İqtisadçı-ekspert Nazim Bəydəmirli “Sherg.az”a açıqlamasında bu paradoksal vəziyyətin səbəblərini izah etdi:
“Bazar iqtisadiyyatı hökm sürdüyü ölkələrdə qiyməti bazar tənzimləyir. Bazara çıxarılan məhsullar, başqa sözlə, rəqabətlilik nə qədər çox olsa, qiymət bir o qədər ucuz olar. Yəni qiymət rəqabətlilikdən tərs mütənasib asılıdır. Bizdə rəqabətlilik yoxdur. Çünki kənd təsərrüfatı məhsullarının bazara çıxarılmasında, çeşidləmədə ciddi baryerlər var. Xüsusilə məmur sahibkarlığı buna bariz mümunədir”.
N.Bəydəmirli düşünür ki, məsələyə təsir edən başqa məqamlar da az deyil:
“Yayın xeyli hissəsini artıq geridə qoymuşuq. Amma qiymətlər stabilləşməyib. Kənd təsərrüfatı məhsullarının istehsalının vergidən azad olunmasına baxmayaraq, qiymətlər “əl yandırır”. Çünki xaricdən fərqli olaraq, bizdə əmək mexanikləşməyib. Üstəlik, Azərbaycanda kənd təsərrüfatı məhsulları əmək tutumludur. Avropada isə belə deyil. Orada əmək əmsalı aşağıdır. Bax, bu amillər nəticəsində xaricdən gətirilən meyvələrin qiyməti daha ucuz olur. Əgər problemlər həll olunsa, bazarda rəqabətlilik yaranacaq. Nəticədə qiymətlər stabilləşəcək, alıcıların üzü güləcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi