“Kənd təsərrüfatının inkişafına nail ola bilərik, bir şərtlə ki...”- Açıqlama
Turan
13:49 21.04.2020
İqtisadiyyat
873
“...Suvarma sistemləri yenidən qurulsun”
“Bu sistemlər qurulduqdan sonra bizdə suvarma ilə bağlı heç bir problem yaranmayacaq”
Prezident İlham Əliyev əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, əhalisi 193 min 696 nəfər olan 10 şəhər və rayonun 13 yaşayış məntəqəsində əkin sahələrinin və həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 17 ədəd subartezian quyusunun layihələndirilməsi məqsədi ilə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 1,19 milyon manat vəsait ayrılıb. Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Dövlət başçısının Sərəncamını “Sherg.az”a dəyərləndirən iqtisadçı-ekspert Fuad İbrahimov deyib ki, kənd təsərrüfatının inkişafı üçün suvarma sistemlərinin yenidən qurulması çox əhəmiyyətlidir.
İqtisadçının sözlərinə görə, Azərbaycan neft ölkəsi kimi dünyada tanınıb:
“Ancaq son dövrlərdə neftin qiymətinin kəskin aşağı düşməsi qeyri-neft sektorunun inkişafının zərurətini ortaya qoydu. Bir çox ölkə post-neft erasına keçidi fikirləşir və bunun üçün addımlar atırlar. Azərbaycanda da qeyri-neft sektorunun inkişafı istiqamətində çoxsaylı tədbirlər görür. Qeyri-neft sektorunun ən mühüm hissəsi kənd təsərrüfatıdır. Kənd təsərrüfatında ən vacib infrastruktur isə suvarma təchizatıdır. Əgər suvarma köklü və sistemli şəkildə həlli edilərsə, Qərb modellərinə uyğun suvarma sistemləri formalaşdırılarsa, biz kənd təsərrüfatının inkişafına nail ola bilərik”.
Ekspertin sözlərinə görə, suvarma məsələsində Hollandiya, Almaniya və digər ölkələrin təcrübəsindən yararlanmaq olar:
“İnkişaf etmiş Avropa ölkələrində suvarma sistemi çox mükəmməl qurulub. Azərbaycanın da kifayət qədər potensialı var ki, bu sistemləri ölkəmizdə tətbiq etsin. Bu sistemlər qurulduqdan sonra bizdə suvarma ilə bağlı heç bir problem yaranmayacaq. Əsas məsələ bünövrənin düzgün və güclü qoyulmasıdır. Cənab Prezidentin tapşırığı və sərəncamları ilə suvarma sahəsinin təkmilləşdirilməsi üçün vəsaitlər ayrılır. Amma proses 2 il ərzində daha ciddi və davamlı həyata keçirilsə, kənd təsərrüfatı sektorunda yeganə problemimiz məhsulların bazara çıxarılması olacaq. Yaxşı və keyfiyyətli məhsul olandan və qiymət əmələgəlmə prosesindən bazarlara çıxmaqda da problem olmayacaq. Birinci məsələ isə məhsulun özünü problemsiz və çətinlik olmadan yetişdirməkdir. Suvarma məsələsi bu prosesdə əsas rolu oynayır. Əgər suvarma ilə bağlı çətinliklər aradan qalxarsa, digər məqamlar avtomatik çözüləcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi