“Koronavirusun iqtisadiyyatımıza təsirləri zəiflədilir”
Fidan Həmişəyeva
14:32 22.03.2020
İqtisadiyyat
772
“Prezidentin qətiyyətli addımları, verdiyi qərarlar sayəsində dövlətimiz əhalinin zərər çəkməməsi üçün bütün resursları səfərbər edir”
"Dünyada cərəyan edən koronavirus pandemiyası reallığı bir sıra ölkələrin iqtisadiyyatına mənfi təsirlərini göstərir. Əlbəttə, bu istiqamətdə önləyici addımların atılması zərurətə çevrilib".
Bu fikirləri "Sherg.az"a "Səs" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Prezident İlham Əliyevin koronavirus pandemiyasından irəli gələn kəskin dalğalanmaların ölkəmizin iqtisadiyyatına mənfi təsirinin azaldılması ilə bağlı imzaladığı Sərəncamı və ondan irəli gələn məsələləri şərh edərkən deyib.
Ekspertin sözlərinə görə, Prezident İlham Əliyev virus dalğasının qlobal miqyas almağa başlamasından dərhal sonra müvafiq addımların atılması üçün ardıcıl tapşırıqlarını verdi, sərəncamlar imzaladı:
"Sərəncamın imzalanması ilk növbədə Azərbaycan vətəndaşının sağlamlığının qorunmasına hesablanmış əhəmiyyətli addım oldu. Artıq koronavirusla mübarizə həm dövlətimizin, həm də vətəndaşlarımızın məsuliyyəti üzərində aparılır. Bu, çox önəmlidir.
Digər tərəfdən, ölkəmizdə heç bir sosial təlaş, panika mövcud deyil. Çünki hər bir vətəndaş dövlətin sosial qayğısını üzərində hiss etməkdədir. Bu qayğının tərkib hissələrindən bir də iqtisadi təminatın qorunub-saxlanılmasıdır. Azərbaycan dövləti koronavirus pandemiyasının ölkə iqtisadiyyatına, əhalinin sosial rifahına mənfi təsirlərinin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər həyata keçirir. Bu tədbirlər sayəsində bir sıra xarici ölkələrdən fərqli olaraq, istər paytaxtda, istərsə də bölgələrimizdə qida və yeyinti bazarı, habelə digər müvafiq təhlükəsizlik və təminat məsələləri tam şəkildə icra olunur. Bu, Azərbaycan dövlətinin daim vətəndaşının yanında olmasının bariz göstəricisidir".
B.Quliyev bildirib ki, Prezidentin qətiyyətli addımları, verdiyi qərarlar sayəsində dövlətimiz əhalinin zərər çəkməməsi üçün bütün resursları səfərbər edir. Baş redaktor hesab edir ki, Nazirlər Kabineti yanında yaradılan Operativ Qərargah, həmçinin atılan digər addımlar cənab Prezidentin təhlükəli pandemiyanın qarşısının alınmasına dair ciddi ölçülər götürdüyünü əks etdirir:
“Düşünürəm ki, imzalanan Sərəncam özündə mühüm sosial mahiyyəti isbatlayır, dövlət tərəfindən insan amilinə göstərilən növbəti diqqəti sərgiləyir. Prezidentin bir illik əməkhaqqını virusla mübarizə fonduna bağışlaması, digər qurumların, fərdlərin, biznes strukturlarının bu örnək addımı təkrarlaması təqdirəlayiqdir. Həmçinin maaşların saxlanılması qərarı ilə vətəndaşların məzuniyyətə buraxılması, habelə, gündəlik iş fəaliyyəti ilə qazanc əldə edən vətəndaşlarımızın da dövlətin qayğısından yararlanmaları faktı kimi çoxşaxəli tədbirlərin dünyada presedenti olmayan nümunə olduğunu sübuta yetirir"
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
00:19 22.05.2026
İnfrastruktur
"Fox News": Amerikalıların 60%-dən çoxu İranla müharibəyə qarşıdır
23:30 21.05.2026
Dünya
Yeni MMA liqası təşkil ediləcək
23:11 21.05.2026
İdman
Əli Əsədov Türkmənistana səfər edib
22:06 21.05.2026
Siyasət
ABŞ Prezidenti: İranın uran ehtiyatını məhv edəcəyik
20:55 21.05.2026
Dünya
Avropa Liqasında mövsümün ən yaxşı futbolçusu müəyyənləşdi
20:31 21.05.2026
Dünya
Rubio: İranla danışıqlarda müəyyən irəliləyiş əldə olunub
20:19 21.05.2026
Region
Leyla Əliyeva Esvatini Kralı III Msvatini ilə görüşüb
20:06 21.05.2026
Gündəm
Ekspert Minidiçin Zelenskini niyə məhkəməyə verdiyini açıqlayıb
19:52 21.05.2026
Dünya
İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
19:19 21.05.2026
Rəsmi
Səssiz qoruyucular: Türkiyədə cəmi 8 ailə qalıb
19:12 21.05.2026
Cəmiyyət
Putin: Rusiya nüvə triadasını tələb olunan səviyyədə saxlayacaq
19:06 21.05.2026
Region
Sarukyan: Paşinyan dediyini sübut etsə, onu güllələyəcəm
18:50 21.05.2026
Cənubi Qafqaz