Ləğv olunan bankların kreditorlarına müraciət edildi
09:11 09.05.2020
İqtisadiyyat
1301
Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğv prosesində olan “Amrahbank” ASC və “Atabank” ASC-nin kreditorlarına müraciət edib.
“APA-Economics”in Fonda istinadən verdiyi xəbərə görə, ləğv prosesində olan “Amrahbank” ASC-nin kreditorlarından 1 iyul 2020-ci il tarixinədək kreditor tələbinin qeydiyyata alınması üçün Bakı şəhəri, Xocalı prospekti 36 A ünvanında yerləşən ləğv prosesində olan “Amrahbank” ASC-nin baş ofisinə müraciət etmələri xahiş olunur. Əlavə məlumat üçün əlaqə nömrəsi: (+99412) 480-28-39.
Qeyd edək ki, Bakı Apellyasiya Məhkəməsinin 30 aprel 2020-ci il tarixli 2-3 (103)-130/2020 saylı qərarı ilə “Amrahbank” ASC müflis elan edilmiş və iflas proseduruna başlanıb. Eyni qərarla Əmanətlərin Sığortalanması Fondu “Amrahbank” ASC-nin ləğvedicisi təyin edilib.
Həmçinin ləğv prosesində olan “Atabank” ASC-nin kreditorlarından 1 iyul 2020-ci il tarixinədək kreditor tələbinin qeydiyyata alınması üçün Bakı şəhəri, Şəmsi Bədəlbəyli küçəsi 102ünvanında yerləşən ləğv prosesində olan “Atabank” ASC-nin baş ofisinə müraciət etmələri xahiş olunur. Əlavə məlumat üçün əlaqə nömrələri (+99412) 497-87-00; Qaynar xətt – 136.
Qorunan əmanətçilərə sığorta hadisəsinin baş verməsi ilə əlaqədar kompensasiyaların “Kapitalbank” ASC vasitəsi ilə ödənilməsi barədə məlumat verilib. Kompensasiyaların ödənişi ilə bağlı “Kapitalbank” ASC-nin müvafiq filialları və tələb olunan sənədlər barədə əlavə məlumat veriləcək.
Bildirək ki, Azərbaycan Respublikası “Banklar haqqında” Qanunun tələbləri nəzərə alınmaqla, müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının kütləvi informasiya vasitələrində ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır. Tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və aşağıdakı məlumatları təqdim etməlidirlər:
- kreditorun adı və ünvanı;
- tələbin əsas məbləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri;
- tələbin təminatı olan girov (ipoteka) və ya qarantiya barəsində məlumat.
Qeyd edək ki, Bakı Apelyasiya Məhkəməsinin 30 aprel 2020-ci il tarixli 2-3 (103)-129/2020 saylı qərarı ilə “Atabank” ASC müflis elan edilmiş və iflas proseduruna başlanmışdır. Eyni qərarla Əmanətlərin Sığortalanması Fondu “Atabank” ASC-nin ləğvedicisi təyin edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi