Maaş artımı bütün müəllimlərə şamil olunacaq? - FOTO
Yusif Nəzərli
13:22 06.01.2023
İqtisadiyyat
622
Minimum əməkhaqqının artırılaraq 345 manata çatdırılması ilə bağlı dövlət başçısının imzaladığı sərəncam müəllimlər arasında müəyyən qədər çaşqınlıq yaradıb.
Sual doğuran məqam sərəncamın kimlərə şamil olunacağıdır. Bəziləri bütün müəllimlərin bu sərəncamdan yararlanacaqlarını düşünsələr də, bir qisim, sadəcə, diaqnostik qiymətləndirmə və sertifikasiya proseslərindən uğurla keçənlərin maaşlarında artımın olacağına inanır.
Bəs ümumilikdə yanvarın birindən hansı müəllimlərin əməkhaqlarında artım gözlənilir?
Deputat Ceyhun Məmmədov mövzu ilə bağlı Oxu.Az-a açıqlamasında sərəncamın məktəblərdə yalnız müəllimləri əhatə etməyəcəyini bildirib:
“Qeyd etmək lazımdır ki, minimum aylıq əməkhaqqının artımı ilə bağlı sərəncam bütün sahələrdə çalışan vətəndaşları əhatə edir. Son illərdə həyata keçirilən islahatlar nəticəsində müəllimlərimizin maaşlarında kifayət qədər artım müşahidə olunur. Həmçinin bu artım məktəblərdə müxtəlif vəzifələrdə çalışan təhsil işçilərinə də şamil edilir. Yəni təhsil müəssisələrində çalışan və əməkhaqqısının məbləği 345 manatdan aşağı olan işçilərin maaşı müəyyən edilən minimuma çatdırılacaq”.
Təhsil eksperti Qoşqar Məhərrəmov isə Oxu.Az-a açıqlamasında bu artımın müəllimlərin maaşlarına müxtəlif şəkildə təsir edəcəyini bildirib:
“Sözügedən sərəncamda ilk maddədə minimum aylıq əməkhaqqının məbləğinin müəyyən edilməsi, növbəti maddədə isə dövlət büdcəsindən maliyyələşən sahələrdə çalışan işçilərin maaşlarının birinci maddəyə uyğunlaşdırılması qeyd edilib. Bu o deməkdir ki, dövlət təhsil müəssisələrində çalışan bütün təhsil işçiləri bu artımdan faydalanacaqlar. Amma bu artım müəllimlərin maaşlarına fərqli şəkildə təsir göstərəcək. Məsələn, bir müəllimin maaşına 30, digərinin isə 40, yaxud 50 manat artım olacaq. Ümumilikdə isə bu artımdan dövlət təhsil müəssisələrində çalışan bütün təhsil işçiləri yararlana biləcəklər.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu ayın sonuna kimi 345 manat müəyyənləşdirilən minimum əməkhaqqı miqdarına uyğun olaraq vətəndaşların maaşlarının hansı şəkildə artırılacağını müəyyən edəcək. Yəni bu artım sertifikasiyadan keçənlərlə yanaşı, keçməyən müəllimləri də əhatə edir”.
Xatırladaq ki, Prezident İlham Əliyevin yanvarın 5-də imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamla minimum aylıq əməkhaqqı 1 yanvar 2023-cü ildən 15 faiz artırılaraq 300 manatdan 345 manata çatdırılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan: ABŞ-İran münaqişəsinin yeganə həll yolu danışıqlardır
15:02 19.08.2026
Gündəm
Televiziyamızın yaşıdı
15:00 19.08.2026
Media
Xarici uçuşlara böyük endirim! Biletlər 29 dollardan başlayır
14:46 19.08.2026
Aktual
“Al-Monitor”: Netanyahu Trampla açıq qarşıdurmaya hazırlaşır
14:37 19.08.2026
Gündəm
Azərbaycan səfiri etimadnaməsini Kasım-Jomart Tokayevə təqdim edib
14:17 19.08.2026
Gündəm
Rusiya və Ukrayna əsir mübadiləsi həyata keçirib
13:43 19.08.2026
Dünya
Netanyahu “odla oynayır” - yəni Ərdoğanla - ŞƏRH
13:01 19.08.2026
Gündəm
Kira Rudik: Müharibə zamanı seçki keçirsək, Ukrayna parçalanacaq
12:57 19.08.2026
Dünya
Sabah 38 dərəcə isti olacaq
12:49 19.08.2026
Ekologiya
Ən ağrılı məsələ yenə də məktəbli çantalarıdır - Həkim-pediatr
12:47 19.08.2026
Sağlamlıq
Maddi-mədəni irsimizi gələcək nəslə sap-sağlam çatdırmaq üçün…
12:42 19.08.2026
Ölkə
Masazırda 48 yaşlı kişi qətlə yetirilib, arvadı tutulub
12:20 19.08.2026
Hadisə
Rusiya Myanmanın ilk kosmonavtını hazırlayacaq
11:51 19.08.2026
Dünya
Deputatlar Qazaxıstanda parlament seçkilərini müşahidə edəcəklər
11:17 19.08.2026
Gündəm