Millət vəkili: CİSCO şirkəti ilə əməkdaşlıq iqtisadiyyatımızın inkişafını sürətləndirəcək
Turan
11:29 16.05.2020
İqtisadiyyat
1599
"XXI əsr yeni texnologiyalar dövrüdür".
Bunu "Sherg.az"a açıqlamasında millət vəkili Azər Badamov deyib.
Deputat vurğulayıb ki, dünya V Sənaye İnqilabına hazırlaşır:
"V Sənaye İnqilabı yeni texnologiyalar üzərində qurulur. Hansı ölkə texnolgiyalara önəm vermirsə, o ölkə inkişafdan geri qalır. Azərbaycan hər zaman yeniliyə, inkişafa doğru addımlayan ölkədir. Dünyanın qabaqcıl texnologiya şirkətləri ilə əməkdaşlığımız da bu düşüncənin üstündə qurulub. CİSCO müasir texnolgiyalar istehsal edən şirkətdir. Təbii ki, bu şirkətlə əməkdaşlığımız ölkəmizin iqtisadiyyatının müasir çağırışlara uyğunlaşdırılmasına imkan verir. Hələ bir müddət əvvəl ölkə başçısı cənab İlham Əliyev Davosda CİSCO şirkətinin prezidenti ilə görüşməsi və bir neçə layihədə əməkdaşlıqla bağlı razılıq əldə edilməsi müasir idarəetmə sistemlərinin ölkəmizdə qurulmasına imkan verib".
Parlament üzvü vurğulayıb ki, Azərbaycan CİSCO şirkətinin texnoloji imkanlarından istifadə edərək qlobal pandemiya ilə bağlı ilk dəfə və yüksək səviyyədə TDƏŞ-in və Qoşulmama Hərəkatının Təmas Qrupunun zirvə görüşlərini keçirdi:
"Bir çox dövlət rəhbərləri ilə videogörüş formatında müzakirələr aparıldı. Məlumdur ki, dünyada Su resursları problemi qloballaşmaqdadır. Azərbaycanda da bu problem özünü göstərir. Su resurslarının elektron idarə edilməsi istiqamətində CİSCO şirkəti ilə əməkdaşlığı və nəzərdə tutulan layihəni çox vacib hesab edirəm. Müzakirə olunan Smart ölkə, təhsil və kibertəhlükəsizlik layihələrinin reallaşdırılması Azərbaycanın ilklərə imza atan ölkə imicini möhkəmlədəcək. Qısa olaraq qeyd etmək istəyirəm ki, Azərbaycan yeni texnologiyalar gətirən belə şirkətlərlə əməkdaşlıq etməklə ölkə iqtisadiyyatının inkişafını sürətləndirmiş olur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi