Millət vəkili: "İstənilən halda ölkə iqtisadiyyatını qoruyub saxlamalıyıq"
Turan
11:15 02.04.2020
İqtisadiyyat
701
Məlum olduğu kimi dövlət dəstəyinin göstərilməsi ilə bağlı 9 proqram hazırlanıb. Proqramlar hazırlanarkən, ilk növbədə, pandemiyadan zərər çəkmiş sahələrin müəyyənləşdirilməsi həyata keçirilib. Bu, 4 böyük sektoru və 20 fəaliyyət istiqamətini əhatə edir.
Bu fəaliyyət sahələri təsnifləşdirilib və ən çox zərər çəkmiş sahələr, mənfi təsirə əhəmiyyətli dərəcədə məruz qalmış sahələr, minimal təsirə məruz qalmış və ya təsirə məruz qalmamış sahələr müəyyən edilib. Ümumilikdə, bu, 2,5 milyard manatlıq dəstək sistemidir və Azərbaycanın ÜDM-nin 3 faizini təşkil edir. İqtisadiyyatın həcmi ilə müqayisədə nə MDB məkanında, nə regionda bu həcmdə dəstək paketi nəzərdə tutulmayıb. Şəffaf işləyən sahibkarlar dövlət dəstəyi proqramından faydalana biləcək. 300 mindən çox işçinin əmək haqqının bir hissəsini dövlət ödəyəcək. Birinci və əhatəli olan proqram 304 min muzdlu işçinin çalışdığı 44 min sahibkarlıq subyektini əhatə edir. Bu proqramın fəlsəfəsi həmin işçilərin əmək haqqının əhəmiyyətli hissəsinin ödənilməsi üçün dövlət tərəfindən maliyyə dəstəyinin təqdim edilməsindən ibarətdir. Hazırda ölkədə 1 milyon 555 min əmək müqaviləsi (muzdlu işçi) var ki, bunun da 915 mini dövlət və neft sektorlarında, qalan 640 mini isə qeyri-dövlət və qeyri-neft sektorlarındadır.
Dövlət dəstəyi proqramı ilə bağlı "Sherg.az"a danışan millət vəkili Eldar İbrahimov deyib ki, 2,5 milyard manatlıq dövlət dəstəyi proqramının həyata keçirilməsi zəruri olmaqla yanaşı, həm də çox təqdirəlayiqdir.
Deputat bildirib ki, pandemiya vəziyyətində Prezidentin xüsusi tapşırıqları ardıcıl və yüksək səviyyədə həyata keçirilir:
"Sahibkarlığı saxlamaq üçün bu cür proqramların olması vacibdir. Hələlik 2,5 milyard manat yardımdan söhbət gedir. Ancaq ehtiyac halında bu məbləğin artırılması ehtimalı var. Pandemiya vəziyyətində sahibkarlara hərtərəfli yardım göstərilməsi müsbət haldır. İstənilən halda ölkə iqtisadiyyatını qoruyub saxlamalıyıq".
E.İbrahimova görə, virusla bağlı problem müvəqqətidir:
"Bu vəziyyət uzun müddət davam etməyəcək. Ən uzağı 2-3 aya hər şey normallaşacaq. Dünyanın virusa ən çox yoluxmuş ölkələrində belə artıq səngimə prosesi gedir. Hətta Çinin virus ortaya çıxan şəhərində belə bu müddət 3 ay çəkdi. Şübhəsiz bunun sonu gələcək. Lakin həmin günədək iqtisadiyyatı ayaqda saxlamaq zəruridir. İqtisadiyyat isə ancaq bu cür zəruri dəstək proqramları ilə ayaqda qala bilər. Ona görə də atılan addımları alqışlayırıq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xatəmi: İran Amerika ilə istənilən ssenari üzrə döyüşə hazırdır
14:03 24.08.2026
Dünya
Pakistan ordusunun feldmarşalı Trampa zəng etdi
13:24 24.08.2026
Gündəm
Məhkəmə Rüfət Səfərov barədə qərar verib
12:55 24.08.2026
Hadisə
Bəqai: Rəsmi Tehran Məkkə sazişinə qoşulmaqla bağlı təklif almayıb
12:42 24.08.2026
Gündəm
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
12:38 24.08.2026
Ekologiya
Bakıda mənzilini yandıran şəxs saxlanılıb
12:28 24.08.2026
Hadisə
Elm dünyasını şoka salan kəşf: Yeni orqan aşkarlandı
11:57 24.08.2026
Sağlamlıq
Erling Haaland uzun sarı saçlarını kəsdirib
11:35 24.08.2026
Futbol
Prezident İlham Əliyev Zelenskini təbrik edib
11:08 24.08.2026
Gündəm
İranda benzin bahalaşacaq
11:05 24.08.2026
Region
İranın qonşu ölkələrə hücumu ilə bağlı xəbərdarlıq edildi
10:37 24.08.2026
Dünya
Böyük Britaniyanın Baş naziri Kiyevə səfərə gedib
10:20 24.08.2026
Gündəm
Ukrayna Dağıstana hücum etdi
10:04 24.08.2026
Dünya
Pezeşkian: İran çökmədi, əksinə gücləndi
09:58 24.08.2026
Gündəm