Millət vəkili: "Müasir texnologiyalardan istifadə sosial-iqtisadi inkişafımızda yeni mərhələ olacaq"
Şəymən Bayramova
13:10 24.05.2020
İqtisadiyyat
1443
Xəbər verdiyimiz kimi “Signify” (əvvəlki adı “Philips Lighting”) şirkətinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə bu şirkətin baş icraçı direktoru Erik Rondolat, MDB üzrə baş meneceri Erik Benedetti və “Signify” rəhbərliyinin digər nümayəndələri arasında videokonfrans keçirilib.
Qeyd edək ki, 1891- ci ildə yaradılan “Signify” dünyanın məşhur şirkətlərindən biridir. 74 ölkədə fəaliyyət göstərən bu şirkət 140 ölkədə xidmət və məhsul satışı həyata keçirir. “Signify” işıqlandırma avadanlıqları, sistemləri və xidmətləri sahəsində dünyada birinci yerdə olmaqla yanaşı, 10 “yaşıl” şirkətdən biridir.
Sözügedən videokonfransı Sherg.az-a şərh edən millət vəkili Azər Badamovun sözlərinə görə, Azərbaycanda invrstorlara yaradılan maneəsiz şərait bir sıra beynəlxalq şirkətlərin marağına səbəb olduğundan ölkəmizlə əməkdaşlığa can atırlar.
Deputat deyib ki, dünyanın aparıcı və böyük şirkətlərindən biri olan "Signify" kimi şirkətinin Azərbaycanla əməkdaşlığa can atması ölkəmizin nüfuzu, əlverişli biznes və sərmaye mühitinin yaradılması, həmçinin aparılan genişmiqyaslı islahatların nəticəsidir:
"Bu videokonfrans zamanı dövlət başçımız vurğulayıb ki, məqsədimiz müasir və yüksək texnologiyaların tətbiq olunduğu ölkə yaratmaqdır. Ölkə başçısının bir neçə gün öncə "CISCO" şirkətinin rəhbərliyi ilə videokonfransı zamanı da eyni məsələlər müzakirə olunub. Bundan əlavə, Prezident İlham Əliyev Davos İqtisadi Forumuna səfərləri zamanı da dünyanın aparıcı texnoloji şirkətlərin rəhbərləri ilə görüşlər keçirir və çalışır ki, Azərbaycan müasir texnologiyalar və innovasiyaların tətbiqi baxımından öndə gedən ölkə olsun".
Millət vəkilinin sözlərinə görə, "Ağıllı şəhər" layihəsində "Signify" şirkətinin işıqlandırma sistemlərindən istifadə etməklə daha çox qənaət əldə etmək mümkündür. Bu texnologiyaları tətbiq etmək bizə çoxlu enerjiyə, yerin təkindən hasil edilən yanacağa digər məqsədlər, həmçinin ixrac üçün qənaət etməyə və şəhər həyatını daha da yaxşılaşdırmağa imkan yaradacaq:
"Bakı, Sumqayıt və regionlarda yerləşən yaşayış məntəqlərində işıqlandırılma sistemlərinin müasirəlşdirilməsi və kənd təsərrüfatının elektronlaşdırılmasında bu şirkətin məhsullarından istifadə olunması imkanları daha da genişləndirir. Bundan sonra müasir texnologiyalardan istifadə sosial-iqtisadi inkişafımızda yeni mərhələ olacaq".
Azərbaycanın yeni texnologiyalara və innovasiyalara açıq olduğunu vurğulayan deputat belə deyib: "Dünyanın aparıcı texnoloji şirkətləri ilə əməkdaşlıq etməklə biz öz gənc mütəxəssis potensialımızdan istifadə edərək yeni intellekt məhsulları ortaya çıxardırıq və nəticədə onları "Made in Azerbaycan" brendi altında ixrac etmək mərhələsindəyik. Postpandemiya dövründə hansı ölkələr daha çox yeni texnologiyalara önəm verirsə, o ölkələr inkişafda bir addım öndə olacaqlar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi