“Minimum aylıq əməkhaqqının artırılması əhaliyə hava-su kimi lazım idi”
Yusif Nəzərli
10:53 06.01.2023
İqtisadiyyat
568
“Bununla da sosial rifahın yüksəlməsi istiqamətində addımların təsirli formada həyata keçməsini izləyəcəyik"
Azərbaycanda minimum aylıq əməkhaqqı cari il yanvarın 1-dən 345 manat müəyyən edilib.
Prezident İlham Əliyev bununla bağlı "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında" sərəncam imzalayıb.
Sərəncamda bildirilir ki, ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsi aparılan sosial-iqtisadi siyasətin mühüm prioritetlərindən biridir. Son illərdə bu istiqamətdə ciddi irəliləyişlərə nail olunub, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial ödənişlərin, əməkhaqlarının artırılması istiqamətində ardıcıl addımlar atılıb.
Sərəncamla Nazirlər Kabinetinə 10 gün müddətində əmək pensiyasının minimum məbləğinin 280 manata çatdırılmasına dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, sosial müavinətlərin və təqaüdlərin məbləğlərinin artırılması ilə bağlı təkliflərini Azərbaycan Prezidentinə təqdim etmək; Nazirlər Kabinetinin aktları ilə müəyyən olunmuş dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşlarının məbləğlərinin bir ay müddətində bu Sərəncamın 1-ci hissəsinə uyğunlaşdırılmasını təmin edib Azərbaycan Prezidentinə məlumat vermək tapşırılıb.
Son 5 ildə dörd sosial paketin təqdim edildiyini deyən iqtisadçı-ekspert Fuad İbrahimov "Sherg.az"a vurğulayıb ki, indiki vəziyyətdə bu artımlar əhaliyə hava-su kimi lazımdır:
"Verilən qərar vaxtında və yerindədir. Ümumiyyətlə, bu layihəni həyata keçirmək üçün ölkəmizin maliyyə dayanıqlılığı olmalıdır. İqtisadi siyasətin maliyyə dayanıqlığı olmasa, bu artım borclanma ilə həyata keçirilərdi. Amma sosial paketlərin xarici borcların azalması fonunda artırılması iqtisadiyyatın sağlam inkişafından xəbər verir.
Bu o deməkdir ki, gələcək nəsillərin üzərində yük qalmır və eyni zamanda artım prosesi gedir. Sözügedən göstəriciləri və maliyyə dayanıqlılığımızı nəzərə alsaq, dinamik artımın davam etdirilməsi ilə bağlı rahatlıqla proqnoz verə bilərik. Bilirik ki 2022-ci il dünya iqtisadiyyatı üçün ağır oldu.
Çünki inflyasiya ili kimi tarixdə qaldı. Növbəti illərdə isə artıq bu inflyasiya da səngiyəcək və əhalinin pensiyalarının, minimum əmək haqqlarının artırılma prosesi davam edəcək.
Bununla da sosial rifahın yüksəlməsi istiqamətində addımların təsirli formada həyata keçməsini izləyəcəyik".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan: ABŞ-İran münaqişəsinin yeganə həll yolu danışıqlardır
15:02 19.08.2026
Gündəm
Televiziyamızın yaşıdı
15:00 19.08.2026
Media
Xarici uçuşlara böyük endirim! Biletlər 29 dollardan başlayır
14:46 19.08.2026
Aktual
“Al-Monitor”: Netanyahu Trampla açıq qarşıdurmaya hazırlaşır
14:37 19.08.2026
Gündəm
Azərbaycan səfiri etimadnaməsini Kasım-Jomart Tokayevə təqdim edib
14:17 19.08.2026
Gündəm
Rusiya və Ukrayna əsir mübadiləsi həyata keçirib
13:43 19.08.2026
Dünya
Netanyahu “odla oynayır” - yəni Ərdoğanla - ŞƏRH
13:01 19.08.2026
Gündəm
Kira Rudik: Müharibə zamanı seçki keçirsək, Ukrayna parçalanacaq
12:57 19.08.2026
Dünya
Sabah 38 dərəcə isti olacaq
12:49 19.08.2026
Ekologiya
Ən ağrılı məsələ yenə də məktəbli çantalarıdır - Həkim-pediatr
12:47 19.08.2026
Sağlamlıq
Maddi-mədəni irsimizi gələcək nəslə sap-sağlam çatdırmaq üçün…
12:42 19.08.2026
Ölkə
Masazırda 48 yaşlı kişi qətlə yetirilib, arvadı tutulub
12:20 19.08.2026
Hadisə
Rusiya Myanmanın ilk kosmonavtını hazırlayacaq
11:51 19.08.2026
Dünya
Deputatlar Qazaxıstanda parlament seçkilərini müşahidə edəcəklər
11:17 19.08.2026
Gündəm