Mövqelərimiz güclənir: “Azərbaycan heç kimdən kömək istəməyib”
Banuçiçək Kalbalıyeva
08:44 03.06.2020
İqtisadiyyat
1022
“İndi qarşıda duran əsas məqsəd iqtisadiyyatımızın dayanıqlılığını qoruyub saxlamaqdır”
İyunun 1-də Azərbaycan dövlət başçısı ilham Əliyev Asiya İnkişaf Bankının təşəbüsü ilə keçirilmiş videokonfransda iştirak edib. Görüşdə Asiya İnkişaf Bankının prezidenti Masatsuqu Asakavanın Azərbaycan haqqında müsbət fikirlər söyləyib.
Azərbaycan və Asiya İnkişaf Bankının güclü tərəfdaş olduğu vurğulanıb. Həmçinin bildirilib ki, Azərbaycanın Asiya İnkişaf Bankı ilə əməkdaşlığının prioritetləri özəl sektor, infrastrukturun inkişafı, kiçik və orta müəssisələrə dəstək məsələləri ilə əlaqədardır.
Bununla bağlı “Sherg.az”a danışan millət vəkili, iqtisad elmləri doktoru Rüfət Quliyev belə görüşlərin əhəmiyyətini yüksək qiymətləndirib:
“Son vaxtlar videokonfransların sayının artması Azərbaycana beynəlxalq aləmdə böyük divident qazandırır. Ölkəmizin nüfuzu, hörməti daha da artır, mövqelərimiz güclənir”. Deputatın fikrincə, Asiya İnkişaf Bankı ilə əməkdaşlıq hər iki tərəf üçün əhəmiyyətlidir:
“Dövlət başçımızın da qeyd etdiyi kimi, Azərbaycanla Asiya İnkişaf Bankının 20 ilə yaxın tarixçəsi var. İlk dəfə olaraq 2015-ci ildə Bakıda tərəflər arasında toplantı keçirilib. Sonradan bizim çox güclü tərəfdaşlığımız yarandı. Həmçinin qeyd etməliyəm ki, Asiya İnkişaf Bankının Azərbaycana ayırdığı 3 milyard avroya yaxın kredit əsasən infrastuktur layihələrə, taleyüklü məsələlərə xərclənib”.
R.Quliyevin sözlərinə görə, Azərbaycan pandemiya ilə mübarizədə dünya ölkələrinə nümunədir:
“Əvvəllər bir neçə dəfə olduğu kimi yenə ÜST ölkəmizin atdığı addımları, həyata keçirdiyi sosial-iqtisadi layihələri yüksək qiymətləndirdi. Videokonfransda dünyanın 150-dən çox ölkəsinin müxtəlif beynəlxalq qurumlardan kömək istədiyi xatırlandı. Sevindirici və fərəhləndirici haldır ki, Azərbaycan heç kimdən kömək istəməyib. Hökumətimiz öz gücünə bu məsələni həll edir. Pandemiya ilə mübarizə üçün ölkəmizin ayırdığı 2 milyard avro vəsait məqsədyönlü şəkildə sərf olunur. Biz bu sınaqdan minimal itkilərlə çıxmağı bacardıq. İndi qarşıda duran əsas məqsəd iqtisadiyyatımızın dayanıqlılığını qoruyub saxlamaqdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi