MÜJDƏ: Çörəyin qiyməti ya ucuzlaşa bilər, ya da...
MÜJDƏ: Çörəyin qiyməti ya ucuzlaşa bilər, ya da...
Yusif Nəzərli
02:23 06.01.2023
İqtisadiyyat
556
Azərbaycanda un ucuzlaşıb. Belə ki, “Karat Holding” bir kisə “Karmen” ununun qiymətini 41 manatdan 38 manata endirib. Şirkət bunu 2022-ci ilin Azərbaycan un sənayesi üçün çətin il olması ilə əsaslandırıb.
Bəs bu addımdan sonra çörəyin də ucuzlaşması gözlənilirmi?
Məsələ ilə bağlı iqtisadçı-ekspert Akif Nəsirli "Bakupost.az"a açıqlama verib. Ekspert vurğulayıb ki, ötən il dünyada buğdanın məhsuldarlığı 20 faiz artıb:
“Yəni əvvəlki illərlə müqayisədə dünyada daha çox ərzaq buğdası istehsal olunub. Bu isə dünya bazarında buğdanın qiymətinin ucuzlaşmasına gətirib çıxarıb.
Digər tərəfdən Rusiya-Ukrayna müharibəsinin başlanmasından 1 ilə yaxın vaxt keçir. Artıq dünyada alternativ qida zənciri formalaşmaqdadır. Rusiya və Ukraynanın ixracatından kənar qida zəncirinin ötən ildən formalaşması artıq başa çatmaqdadır. Ona görə də dünyada ərzaq buğdası ucuzlaşmağa başlayıb".
Ekspert hesab edir ki, unun qiymətinin ucuzlaşmasının çörəyin qiymətinə ciddi təsiri olmayacaq: "Çünki belə addımlar adətən, rəqabətli bazara təsir edir. Rəqabətli bazarda sahibkarlar qiyməti aşağı salmaq üçün fürsət axtarırlar. Amma inhisarçı bazarda qiymətin bahalaşması üçün fürsət axtarır. Yəni çörəyin qiymətinin ucuzlaşması qiymətlər daha çox aşağı düşsə, baş verə bilər. Ancaq inhisarçılıq imkan vermir ki, çörəyin qiyməti aşağı ensin.
Digər tərəfdən çörək və çörək məhsulları ilə yanaşı digər ərzaq məhsullarında da bahalaşma davam edir. Yəni bazarda çörəyin ədalətli qiymətinin formalaşması məsələsinə bir tərəfdən onun maya dəyərinin, digər tərəfdən qalan ərzaqların ucuzlaşması təsir edir. Bunlar baş vermədiyinə görə hesab edirəm ki, yaxın vaxtlarda çörəyin qiymətinin ucuzlaşması gözlənilmir”.
İqtisadçı Fuad İbrahimov «Şərq»ə açıqlamasında bildirib ki, dünya bazarında unun və yaxud taxılın qiymətində hər hansı bir dəyişiklik yoxdur. Hətta il nisbətində müqayisə etsək, xeyli artım var:
“Bu mənada Azərbaycanda unun ucuzlaşmasının dünya bazarındakı qiymətlərlə bir əlaqəsi yoxdur. Çox güman ki, ucuzlaşmaya səbəb una olan tələbatın azalması və rəqabətlə bağlıdır.
Müəyyən mənada Rusiya rublunun ucuzlaşması unun qiymətinə təsir edə bilər. Çünki Azərbaycan unu daha çox Rusiyadan idxal edir. Əgər qiymət fərqi 10-15 faiz olsaydı, bu dəyişimi dünya bazarındakı konkret faktla əlaqələndirmək olardı”.
Çörəyin ucuzlaşmasına gəldikdə isə iqtisadçı deyib ki, unun qiymətindəki 2-3 manatlıq azalma çörəyin ucuzlaşmasına səbəb olmayacaq.
Sadəcə, cari qiymətlərin sabit qalmasına, bahalaşmamasına təsir edə bilər: “İstənilən halda malın baza qiymətindəki ucuzlaşma qiymət əmələgətirmə prosesinə də təsir edir. Unun toplansatış qiyməti və buna müvafiq olaraq da pərakəndə satış qiymətində ucuzlaşma olacaqsa, artıq iş qalır sahibkarlara. Sahibkar bu ucuzlaşmanı istehsal etdiyi məhsulun qiymətində ifadə edə bilər, etməyə də bilər.
Ola bilər, bu ucuzlaşma özünü çörəyin çəkisində göstərsin. Yəni çəkini artırıb qiyməti olduğu kimi saxlamaqla qiymətlərə təsiri ifadə etsinlər, ya da qiyməti aşağı salsınlar. Sahibkar ucuzlaşma amilini çəkinin üstünə gələ də bilər və ya ümumiyyətlə, heç bir varianta getməz”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan: ABŞ-İran münaqişəsinin yeganə həll yolu danışıqlardır
15:02 19.08.2026
Gündəm
Televiziyamızın yaşıdı
15:00 19.08.2026
Media
Xarici uçuşlara böyük endirim! Biletlər 29 dollardan başlayır
14:46 19.08.2026
Aktual
“Al-Monitor”: Netanyahu Trampla açıq qarşıdurmaya hazırlaşır
14:37 19.08.2026
Gündəm
Azərbaycan səfiri etimadnaməsini Kasım-Jomart Tokayevə təqdim edib
14:17 19.08.2026
Gündəm
Rusiya və Ukrayna əsir mübadiləsi həyata keçirib
13:43 19.08.2026
Dünya
Netanyahu “odla oynayır” - yəni Ərdoğanla - ŞƏRH
13:01 19.08.2026
Gündəm
Kira Rudik: Müharibə zamanı seçki keçirsək, Ukrayna parçalanacaq
12:57 19.08.2026
Dünya
Sabah 38 dərəcə isti olacaq
12:49 19.08.2026
Ekologiya
Ən ağrılı məsələ yenə də məktəbli çantalarıdır - Həkim-pediatr
12:47 19.08.2026
Sağlamlıq
Maddi-mədəni irsimizi gələcək nəslə sap-sağlam çatdırmaq üçün…
12:42 19.08.2026
Ölkə
Masazırda 48 yaşlı kişi qətlə yetirilib, arvadı tutulub
12:20 19.08.2026
Hadisə
Rusiya Myanmanın ilk kosmonavtını hazırlayacaq
11:51 19.08.2026
Dünya
Deputatlar Qazaxıstanda parlament seçkilərini müşahidə edəcəklər
11:17 19.08.2026
Gündəm