MÜJDƏ! – “Sosial müavinət və maaşlarda artım...”
MÜJDƏ! – “Sosial müavinət və maaşlarda artım...”
Yusif Nəzərli
12:31 16.09.2022
İqtisadiyyat
1086
Azərbaycanda 2023-cü ilin dövlət büdcəsində sosial müdafiə və sosial təminat xərclərinin 4 411,8 milyon manat olması nəzərdə tutulub. Bu barədə Maliyyə Nazirliyindən verilən məlumata görə, bu, 2022-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 18,3 faiz çoxdur.
Büdcənin gəlirlərinə əsaslanaraq 2023-cü ilin əvvəlində növbəti sosial paketin icrasına şahid olacağımızı deyən iqtisadçı Pərviz Heydərov "Sherg.az"a bildirib ki, yanvarın əvvəli sosial müavinətlərdə və maaşlarda artım gözlənilir:
“Bu ilin birinci yarısının yekunlarında keçirilən müşavirədə dövlət başçısı büdcə xərclərinin artırılması barəsində göstəriş verdi. Prezident qeyd edib: “Dövlət büdcəmizin icra vəziyyəti qənaətbəxşdir və gələn gəlirlər xərcləri üstəliyir. Bundan əlavə vergi və gömrük xətti ilə büdcəyə proqnoz olunandan artıq gəlir əldə edilir. Bu da əhalinin sosial rifahıni yaxşılaşdırmaq üçün addımlarımızı davam etdirməyə imkan verir".
Əlavə gəlir axını ilə bağlı hökümətə 2023-cü il dövlət büdcəsinin lahiyəsi hazırlanması haqqında tapşırıqlar verildi. Buradakı əsas məqsəd əhalinin sosial müdafiəsini yaxşılaşdırmaq üçün nə kimi addımlar atmaq olduğunu araşdırmaq idi. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev də müşavirədən sonra qeyd etdi ki, prezidentin tapşırıqlarına uyğun olaraq yeni nə addımlar ata biləcəyimiz haqqında müvafiq araşdırmalar aparacağıq.
Bu yeni bir sosial paketin hazırlanacağı və icra ediləcəyi haqqında anons idi. Əslində ilin ikinci yarısında da sosial istiqamətdə artımlar həyata keçiriləcəyi gözlənilirdi. Sözügedən artıma ciddi ehtiyac var idi. Yəqin ki yanvar ayının 1-dən növbəti sosial müavinət və əmək haqqı artımlarının şahid olacağıq.
Xatırladım ki, 2019-cu il mart və sentyabr aylarında iki sosial paket icra edildi. Daha sonra Pandemiya olduğu üçün müəyyən ara verildi. Əgər virusun yayılması olmasa idi, 2020-ci ildə növbəti paketin həyata keçirilməsi baş tutacaqdı. 2021-ci isə pandemiyadan sonra bərpa ili kimi yadda qaldı.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri ilə görüşü oldu
15:55 18.05.2026
Gündəm
May ayı artıq əvvəlki may deyil - EKSPERTLƏRİN RƏYİ
15:46 18.05.2026
Ekologiya
DİM məlumat yaydı: Dünənki imtahan təkrar keçiriləcək!
15:34 18.05.2026
Elm və Təhsil
Nərgiz Məhəmmədi xəstəxanadan evə buraxıldı
15:21 18.05.2026
Dünya
İran bu şirkətləri hədələdi: İnterneti kəsəcəm!
15:04 18.05.2026
Region
Ukraynanın hücumları Rusiyada panika yaradıb - ŞƏRH
14:47 18.05.2026
Gündəm
ABŞ-ın dəniz blokadasını qıracağıq - Rzayi
14:45 18.05.2026
Region
Rusiya Qara dənizdə Çin gəmisini vurub
14:43 18.05.2026
Dünya
Ukrayna ordusu bu qəsəbəni azad etdi
14:03 18.05.2026
Dünya
“Sədaqətin Sükutu” adlı layihə çərçivəsində tədbir keçirilib
14:01 18.05.2026
Ölkə
Məsud Pezeşkian: Yalandan düşmənin məhv olduğunu iddia etməməliyik
14:00 18.05.2026
Region
Paşinyanın son açıqlaması Bakının mövqeyinə uyğundur - ŞƏRH
12:47 18.05.2026
Gündəm