
Mütəxəssis: Sığortalama arıçılara yardım etsə də, sahəni inkişaf etdirməyəcək
10:39 25.02.2025
İqtisadiyyat
548
Aqrar Sığorta Fondu çox ehtiyatla mərhələli şəkildə böyüyür. 2025-ci il üçün fəaliyyət planlarımızda arıçılıq təsərrüfatlarının sığortalanması var.
Bunu Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov bu gün "Azərbaycanda aqrar sığorta: İnkişaf və perspektivlər" mövzusunda keçirilən tədbirdə deyib.
O bildirib ki, ümimiyyətlə, bitkiçilik məhsulları üzrə sığortada 41 bitkidən daha çox saya nail olmağı hədəflənir.
Sədr bütün bunların mərhələli şəkildə ediləcəyini bildirib və qeyd edib ki, bu minvalla təlimlər keçiriləcək.
Məsələ ilə bağlı "Sherg.az"a açıqlama verən kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov bildirib ki, yaxşı olar ki, hökumət arıçılığın inkişafı ilə bağlı ciddi dövlət proqramı qəbul etsin:

“Ölkədə yalnız arıçılıq deyil, bütün sahələrdə böyük risklər var. Bu, həm qlobal iqlim dəyişməsi, həm də ölkədə kənd təsərrüfatında mövcud olan problemlərlə bağlıdır. Həmin problemlər uzun illərdir ki, öz həllini tapmır. Hətta bununla bağlı, sığorta da müəyyən əhəmiyyət kəsb edir. Ümumiyyətlə Azərbaycanda yalnız arıçılıqda deyil, heyvandarlığın digər sahələrində də böyük risklər mövcuddur. Bir neçə gündür ölkədə qar yağıb və əminliklə deyirəm ki, bu gün heyvandarlıqda çox ciddi problem var. Çünki qar yağanda xırdabuynuzlu heyvanları sahəyə çıxarmaq olmur, iri buynuzlu heyvanları isə ümumiyyətlə qışda çıxarmaq düzgün deyil. Qapalı şəraitdə yemlənməlidir. Ona görə də heyvanlar azalır. Bu ilin birinci ayında süd və kərə yağı idxalı dəfələrlə artıb. Ümumiyyətlə arıçılıqda problem yem çatışmazlığındadır. Bunun üçün beynəlxalq təcrübələr var. Məsələn, arıçılıqda yemçiliyin inkişafı ilə bağlı hansı işləri görmək lazımdır ki, bu problem öz həllini tapsın kimi proqramlar mövcuddur. Düzdür sığortalama arıçılara müəyyən dərəcədə yardım edəcək, amma sahəni inkişaf etdirməyəcək. Son bir neçə ildə, ölkədə arıçılıq zəifləyib. Bu da ciddi yem çatışmazlığı ilə bağlıdır. Arıçılıqla məşğul olan sahibkarlar arı ailələrinin yerini dəfələrlə dəyişməli olurlar. Yəni bir rayondan digər rayona, bir kənddən digər kəndə dəyişərək yem axtarışında olurlar və bu da onların xərcini artırır. Məsələni kökündən həll etmək üçün ciddi nəzarət lazımdır. Yemin artımı ilə bağlı müəyyən addımlar atılmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ailə dəyərləri milli məsələ səviyyəsinə çatıb - EKSPERT
18:39 15.05.2026
Cəmiyyət
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:32 15.05.2026
Aktual
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:30 15.05.2026
Cəmiyyət
Azərbaycan-Rusiya iqtisadi münasibətləri müzakirə olunub
18:18 15.05.2026
Gündəm
Merz Trampa zəng etdi: Hörmüz açılmalıdır!
18:00 15.05.2026
Dünya
Putin Pekinə məcbur qalıb getdi - POLİTOLOQ
17:44 15.05.2026
Dünya
Tramp: İranın göndərdiyi sənədin ilk cümləsini oxuyub, kənara atdım
17:29 15.05.2026
Dünya
Rusiya Ermənistandan son qərarı verməsini tələb etdi
17:05 15.05.2026
Gündəm
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
16:08 15.05.2026
Cəmiyyət
Rixard Raşi Xankəndidə quruculuq işləri ilə tanış olub
14:43 15.05.2026
Gündəm
Açıq Bankçılıq sahibkarlığın inkişafında yeni mərhələdir
14:41 15.05.2026
İqtisadiyyat
Türküstanda TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir
14:41 15.05.2026
Gündəm