Neftin bazar qiyməti: “30 dollardan aşağı düşərsə...”- Manata təhlükə var?
Banuçiçək Kalbalıyeva
10:48 09.09.2020
İqtisadiyyat
892
Bəzi ekspertlər yaxın aylarda, ən uzağı, yeni ildə manatın növbəti dəfə ucuzlaşmacağını proqnozlaşdırırlar. İddialara görə, manat üzən məzənnəyə keçə bilər. Belə olan halda isə manat dollar qarşısında öz real qiymətinə gəlib çatacaq.
Yəni dolların bahalaşması fonunda manat yenidən dəyər itirəcək.
Bu barədə “Sherg.az”a danışan iqtisadçı-ekspert Pərviz Heydərov vəziyyəti belə şərh edib:
“Manatın dəyərini ABŞ dollarına görə 1,70 AZN səviyyəsində saxlayan və saxlaya biləcək yeganə amil neftin dünya bazarlarındakı qiymət səviyyəsidir. Bu, indiyədək də belə idi, gələcəkdə də belə olacaq. Bunu birdəfəlik anlamaq lazımdır.
Neftin 1 barelinin qiyməti, çox deyil, cəmi 2-3 ay davamlı olaraq 30 ABŞ dollarından aşağı səviyyədə qalarsa, manat 1 ABŞ dollarına görə 1,70 AZN həddə tab gətirməyəcək.
Əvvəla, bunu təmin etməyə cəhd göstərmək özü bir boş siyasət sayılır. İkincisi isə buna dövlətin və hökumətin real olaraq imkanı yoxdur. Yəni 2014-2016-cı illərdəki kimi hökumətimiz valyuta bazarında sabitliyi saxlamaq məqsədilə milyardlarla vəsait saxlamaq gücündə deyil.
Əslində belə bir niyyət də yoxdur. Çünki əvvəlki illərdəki siyasət özlüyündə səhv idi və bunu hökumət sonra başa düşdü. Odur ki, həmin siyasət bir də heç vaxt təkrarlanmayacaq.
Amma narahat olmağa dəyməz - neftin dünya bazar qiyməti yaxın perespektivdə 30 ABŞ dollarından aşağı düşən deyil. Bu, heç bir neft ölkəsinə sərf etmir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi
AJB-nin Aran bölgəsi üzrə zona müşavirəsi keçirilib -FOTO
14:49 23.08.2026
Media
İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib
14:00 23.08.2026
Rəsmi