“Neftin qiymət göstəricisi pozitivdir, amma...” – AKTUAL
Banuçiçək Kalbalıyeva
11:47 11.06.2020
İqtisadiyyat
1449
“...Pandemiya ilə əlaqədər enerji ehtiyatı azalıb, ticarət qlobal səviyyədə zəifləyib”
“Nəticədə dünyanın Ümum Daxili Məhsul da aşağı düşüb. Buna əsasən onu demək olar ki, enerjiyə tələbat da azalacaq”
Dünya bazarında neftin qiyməti artıb. Bu barədə TASS xəbər yayıb. “Brent” markalı neftin avqust fyuçersləri 1,77 faiz bahalaşaraq, bir bareli 43,02 dollara satılıb. Sonuncu dəfə neftin sözügedən markasının dəyəri bu göstəricini martın 6-da keçmişdi. WTI markalı neftin iyul fyuçersləri isə 1,7% artaraq, bir barel üçün 40,22 dollar təşkil edib.
Neft Araşdırmalar Fondunun rəhbəri İlham Şaban bu barədə “Sherg.az”a danışarkən bildirib ki, göstərici pozitivdir:
“Bu gün London birjasında neftin qiyməti 40 dollar, 66 sentdir. Dünya neftindən danışarkən Azərbaycandakı qiymətə istinad etmək düzgün deyil. Belə ki, birjalardakı vəziyyətdən və ölkənin tutduğu mövqedən asılı olaraq tələb-təklif arasında münasibətlər tez-tez dəyişir. Bu, Azərbaycan neftinin qiymətinə təsir göstərir. Beynəlxalq aləmdə isə neftin qiymətini müəyyənləşdirən əsas amillərdən biri ABŞ-da neft ehtiyatlarının artımıdır.
İ.Şaban, həmçinin bildirib ki, bu göstəricini qorumaq lazımdır: “Neftin indiki qiyməti təəccüblü deyil. Əksinə, gözlənilən idi. Gələcəkdə neftin qiymətini isə iki məqam müəyyənləşdirəcək. Onlardan biri, dünya ölkələrinin tələbatı, digəri isə istehsalçı ölkələrin öz həcmlərini nə qədər aşağı salmasıdır. Bu, həm də bazar iştirakçılarının davranışından asılıdır.
Hər halda pandemiya ilə əlaqədər enerji ehtiyatı azalıb, ticarət qlobal səviyyədə zəifləyib. Nəticədə dünyanın Ümum Daxili Məhsul da aşağı düşüb. Buna əsasən onu demək olar ki, enerjiyə tələbat da azalacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi