“Qarabağ” yatağı çox səmərəli olacaq”
Turan
13:14 12.08.2020
İqtisadiyyat
904
“Bununla da neft sənayesini daha da dirçəltməyə nail olacağıq”
“Yatağın adında vətənimizin yaralı yeri olan Qarabağın əks olunması xüsusi məna daşıyır”
““Qarabağ” neft yatağından səmərəli istifadə neft sənayesində elm tutumlu müasir sahələrin inkişafına təkan verməklə yanaşı, Azərbaycan neft təsərrüfatının modernizasiyasını zənginləşdirəcək”.
Bu sözləri “Sherg.az”a açıqlamasınd millət vəkili Müşfiq Cəfərov deyib.
Deputat bildirib ki, Azərbaycanda neft hasilatı qədim və zəngin tarixə malikdir:
“Neftin sənaye üsulu ilə hasil edilməsinin, emalının, tankerlərlə, dəmir yolu ilə, boru kəmərləri ilə nəql edilməsinin, sahildə, açıq dənizdə və dənizin dərinsulu hissələrində neft yataqlarının kəşf və istismar olunması Azərbaycanda sənayenin yeni modelinin əsasını qoyub. Ölkənin neft sənayesində texniki və texnoloji inkişaf parametrləri regionda inkişaf dinamikasina görə fərqləndirmişdir. Neft sənayesinin innovasiyalar üçün münbit zəmin olduğu danılmaz faktdır.
Ulu öndər Heydər Əliyevin Azərbaycanın neft sənayesinin müasirləşdirilməsi istiqamətində göstərdiyi xidmətlərdən danışarkən Dərin Dəniz Özülləri Zavodunun inşası xüsusi qeyd olunmalıdır. Bir-birinin ardınca kəşf olunan dəniz yataqlarında platformaların tikilməsi üçün nəzərdə tutulan və o dövrdə dünyada analoqu olmayan zavodun Bakıda yaradılmasına icazə alınması bu məqsədlə Sovet İttifaqının büdcəsindən böyük məbləğdə vəsaitin ayrılması, Heydər Əliyevin siyasi müdrikliyinin, onun təşəbbüskarlıq və prinsipiallığının nəticəsində mümkün olmuşdu.
Ümummilli liderin adını daşıyan bu zavod indi də müstəqil dövlətimizin iqtisadi qüdrətinin möhkəmlənməsinə xidmət edir. Azərbaycanda həyata keçirilən qlobal səviyyəli enerji layihələrinin gerçəkləşməsində dövlət siyasətinin iqtisadi cəhətdən nə qədər düzgün planlanıb hazırlandığını bir daha göstərir”.
Parlament üzvü vurğulayıb ki, pandemiya səbəbindən dünya iqtisadiyyatındakı ümumi durğunluq neft-qaz sənayesindən də yan keçməyib:
“Dünya bazarında Azərbaycan neftinin bir müddət əvvəl ucuzlaşmasının şahidi olduq. Ümid edirəm ki, yeni istismara verilən “Qarabağ” yatağı, həmçinin istifadədə olan yataqların yeni modellərlə yeni üsullar tətbiq edərək daha faydalı və səmərəli olacaq.
Bununla da neft sənayesini daha da dirçəltməyə nail olacağıq. Neft sektorunda həyata keçirilən bütün birgə layihələrdə Azərbaycan dövləti layiqincə təmsil olunub. Həm də beynəlxalq arenada göstərdiyi inamlı fəaliyyəti ilə dərin etimad qazanıb. Müasir dövrdə fəaliyyət sferasının qloballaşması neft-qaz şirkətlərinin başlıca xüsusiyyətlərindən sayılır”.
M.Cəfərov bildirib ki, hazırda dünyanın neft-qaz bazarı o qədər qloballaşıb ki, bir ölkənin hüdudları çərçivəsində qapanıb qalmaqla bu bazarda müvəffəqiyyət qazanmaq mümkün deyil:
“Müasirləşmə, xüsusilə də neft-qaz sənayesi kimi dinamik inkişafda olan bir sahənin müasirləşməsi daimi və fasiləsiz bir prosesdir. 90-cı illərdə bu yataq Azəri-Çıraq-Günəşli yatağından sonra ikinci ən zəngin neft yatağı hesab olunurdu. Düşünürəm ki, “Qarabağ” yatağının işlənməsi Azərbaycanın neft gəlirlərinə əhəmiyyətli bir töhfə olacaq. Yatağın adında vətənimizin yaralı yeri olan Qarabağın əks olunması xüsusi məna daşıyır. Qarabağ yatağı müstəqillik dövründə kəşf edilmiş ilk neft yatağıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi