Qaz yataqlarını su krantı kimi bağlamaq olmur
Qaz yataqlarını su krantı kimi bağlamaq olmur
Yusif Nəzərli
06:20 14.09.2022
İqtisadiyyat
482
Rusiya təkcə pul itirməyəcək, həm də qaz itirəcək
"Rusiya ən ciddi səhvlərindən birini etdi. Avropaya qaz ixracını saxlamaqla özünə daha çox zərbə vurmuş oldu". Bu barədə iqtisadçı Eldəniz Əmirov deyib. Ekspert bildirib ki, qaz ən təhlükəsiz və ən davamlı valyuta mənbəyi idi: "Hər yerdən əli üzülən Rusiya əsas valyutanı burdan alırdı. Amma iş orasındadır ki, indi Rusiya təkcə pul itirməyəcək, həm də qaz itirəcək. Çünki qaz yataqlarını su krantı kimi bağlamaq olmur.
Qaz çıxan bəzi quyuların bağlanılması ümumiyyətlə mümkün deyil. Bəzilərini isə bağlamaq çox təhlükəlidir, böyük faciələr baş verə bilər. Bəzi az təzyiqli quyuları isə bir təhər bağlamaq olsa da, sonradan bu quyuları işə salmaq üçün küllü miqdarda vəsait tələb olunur. Buna görə də Rusiya Avropaya ixrac etdiyi 200 milyard kub metr qazın böyük bir hissəsini indi havaya uçurdub yandırmaq məcburiyyətində qalacaq. Bu qazın hansı həcmdə olduğunu aydın göstərmək üçün deyim ki, Azərbaycanın bir ildə istifadə etdiyi qazın həcmi cəmi 12 mlrd. kub metrdir. İndi təsəvvür edin, Rusiya nə qədər qazı havaya yandırıb uçurtmalı olacaq".
İqtisadçı vurğulayıb ki, ən acınacaqlı hallardan biri də odur ki, Rusiyanın 1/3 hissəsi qazsızdır: "Amma yenə qaz havaya uçurdulacaq. Ona görə ki, havaya yandırıb uçurduqları qazı Rusiyanın qazsız ərazilərinə vermək üçün heç infrastruktur da mövcud deyil. Görünən odur ki, Rusiyanın bir-birini əvəzləyən yanlış strateji qərarları onu daha da çıxılmaz vəziyyətə salır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Prokuror Rüfət Səfərova cəza istədi
17:49 18.05.2026
Ölkə
AzTV əməkdaşları planetin ən aqressiv qəbiləsində - VİDEO
17:09 18.05.2026
Cəmiyyət
Paşinyanı hədələyənlərə qarşı cinayət işi açıldı
17:06 18.05.2026
Gündəm
Azərbaycan dili fənni üzrə imtahanın nəticələri elan olundu
16:23 18.05.2026
Elm və Təhsil
Sərgən Yalçın "Beşiktaş"dan getdi
16:17 18.05.2026
Futbol
Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri ilə görüşü oldu
15:55 18.05.2026
Gündəm
May ayı artıq əvvəlki may deyil - EKSPERTLƏRİN RƏYİ
15:46 18.05.2026
Ekologiya
DİM məlumat yaydı: Dünənki imtahan təkrar keçiriləcək!
15:34 18.05.2026
Elm və Təhsil
Nərgiz Məhəmmədi xəstəxanadan evə buraxıldı
15:21 18.05.2026
Dünya
İran bu şirkətləri hədələdi: İnterneti kəsəcəm!
15:04 18.05.2026
Region
Ukraynanın hücumları Rusiyada panika yaradıb - ŞƏRH
14:47 18.05.2026
Gündəm
ABŞ-ın dəniz blokadasını qıracağıq - Rzayi
14:45 18.05.2026
Region
Rusiya Qara dənizdə Çin gəmisini vurub
14:43 18.05.2026
Dünya
Ukrayna ordusu bu qəsəbəni azad etdi
14:03 18.05.2026
Dünya