Qazın qiymətinin bahalaşması doğru qərar ola bilməz
07:51 17.07.2021
İqtisadiyyat
713
Ümid edirəm ki, hökumət ilin sonuna kimi enerjinin qiymətini qaldırmayacaq
Müharibədən və pandemiyadan çıxmış əhaliyə möhlət verilməli idi ki, özünə gəlsin
"Qazın bahalaşmasının yay ayına təsadüf etməsi proqnozunu mən fevral ayında qeyd etmişdim. Hazırda yay ayıdır və qazın bahalaşması əhalinin büdcəsinə hələ ki, tam formada təsir etməyib".
Bu fikirləri "Şərq"ə açıqlamasında iqtisadçı-ekspert Rauf Qarayev deyib. O qeyd edib ki, bir vaxtlar Milli Məclisdə məsələ qaldırılmışdı ki, qazın baha olması əhalinin yaşayış rifahına mənfi təsir edir:
"Həmçinin qeyd olunmuşdu ki, qiymətin bahalığı kənd əhalisini məcbur edir ki, meşələrdən odun gətirsinlər. Bu isə bilirsiniz ki, meşə təsərrüfatına çox ciddi ziyan vurur. Məhz buna əsasən limit tətbiq olundu ki, əhali limit çərçivəsində hərəkət etsin.
Düzdür, müəyyən kateqoriya əhalinin gəlirləri ötən ilə nisbətən artıb, amma ümumi götürsək, əhali üçün qış ayları ağır keçəcək. Bu səbəbdən yuxarıda qeyd etdiyim kimi, əhali artıq indidən öz tələbatını ödəmək üçün odun axtarışına çıxıb.
Rayonlarda insanlar var ki, qapı-qapı gəzib odun axtarırlar. Bundan əlavə, qeyd edim ki, qışda elektrik enerjisinə tələbat arta bilər. Çünki qazın yükü enerji üzərinə keçəcək.
Bu da müəyyən vaxtlarda xətlərin tez sıradan çıxmasına gətirib çıxaracaq. Bildiyiniz kimi, bunun da iqtisadi ağırlıq yükü olması halı var. Hazırkı dönəmdə virus problemi səbəbindən bir çox işlər məsafədən idarə olunur. Yüklənmə səbəbindən rayonlarda işıqlar tez-tez sönə və ya sıradan çıxa bilər. Bu da çox ciddi fəsadlara gətirib çıxara bilər. Ümid edirəm ki, hökumət ilin sonuna kimi enerjinin qiymətini qaldırmayacaq. Çünki qiymətlərin qalxması əhalinin iqtisadi durumunu pisləşdirməklə yanaşı, əhalinin ciddi narazılığına gətirib çıxara bilər. Bu isə yəqin ki, qiymət siyasəti ilə məşğul olanları bir daha düşünməyə vadar edəcək".
Ekspertin fikrincə, qiymət siyasətini tənzimləyənlər ən azı bu addımın atılması prinsipindən uzaq olmalı idilər:
"Yəni müharibədən və pandemiyadan çıxmış əhaliyə möhlət verilməli idi ki, özünə gəlsin. Bundan sonra, hissə-hissə bu məsələyə baxılmalı idi. Əvvəlcə həmin vaxta olan durum tam təhlil edilməli və daha sonra bu kimi müvafiq addımlar atılmalı idi".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanın dostu da parlamentə düşdü
00:58 28.10.2026
Son dəqiqə
İsraildə seçici fəallığı: 53 ildən sonra ən yüksək nəticə
00:19 28.10.2026
Gündəm
BCM yeni prokurorunu 2027-ci ilin dekabrında seçəcək
00:06 28.10.2026
Gündəm
Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq
23:48 27.10.2026
Cəmiyyət
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
22:45 27.10.2026
Aktual
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq
Azərbaycanda icra başçısı cərimələndi
20:09 27.10.2026
Hadisə
Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb
20:08 27.10.2026
Sosial
Alman alpinist Nepalda 1500 metr yüksəklikdən yıxıldı
20:05 27.10.2026
Hadisə
Gizem Karaca kədərli xəbəri açıqladı: 12 illik dostunu itirdi
19:55 27.10.2026
Hadisə
Abbas Hüseynov "Qarabağ"dan ayrıldı
19:49 27.10.2026
Futbol