Qiymətləri artıran qurumu xalq sevmir
Məlahət Rzayeva
22:25 13.07.2021
İqtisadiyyat
859
Millət vəkilləri Tarif Şurasının taleyini yaşamağı istəməzlər
"Millət vəkilləri Tarif Şurasının səlahiyyətlərini mənimsəmək istəyirlərsə, qanun qəbul etsinlər. Qanun layihəsini də əvvəlcədən ictimaiyyətə təqdim etsinlər, baxaq, sonra müzakirəyə başlasınlar"
Zəmanətli tariflər istisna olmaqla, bərpa olunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisi Tarif Şurası tərəfindən müəyyən edilən topdansatış qiymətləri (tarifləri) ilə satılacaq. Bu, Prezident İlham Əliyevin imzaladığı “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının 2021-ci il 31 may tarixli 339-VIQ nömrəli Qanununun tətbiqi barədə” fərmanda əksini tapıb. Fərmana əsasən, bərpa olunan enerji mənbələrindən istehsal edilən elektrik enerjisinin ötürülməsi və paylanması ayrı-seçkiliyə yol verilmədən Tarif Şurası tərəfindən müəyyən edilmiş tariflərə əsasən təmin ediləcək. Zəmanətli tariflər bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi üçün keçirilən hərrac vasitəsilə, istehsalçı birbaşa cəlbetmə yolu ilə seçildikdə isə istehsalçı ilə Energetika Nazirliyi arasında əldə edilmiş razılıq əsasında müəyyən ediləcək.
İqtisadçı Əkrəm Həsənov “Şərq”ə açıqlamasında qeyd edib ki, bərpa olunan enerji mənbələri dedikdə, hidro enerji, dalğa, külək, günəş... enerjisi nəzərdə tutulur. Müasir dünyamızda inkişaf etmiş ölkələr bərpa olunan enerjilərdən istifadəyə can atır. Azərbaycan da istisna deyil. Bərpa olunan enerji mənbələrindən istifadə üçün ölkəmiz böyük imkanlara sahibdir. Lakin:
- Niyə bu tariflər Tarif Şurası tərəfindən müəyyən edilməlidir? Dünyanın bir sıra ölkələrində iri müəssisələr, holdinq və şirkətlər alternativ enerji mənbələri istehsal edir və qiyməti də istehsalçı özü təyin edir.
Hətta adi vətəndaş da alternativ enerji mənbəyi istehsal edə bilər. Kimsə evində əyləşdiyi halda, bir qurğu düzəldər və külək enerjisindən istifadə etməklə yaxınlıqdakı binalara enerji ötürə bilər. Beyninin və əlinin zəhmətini niyə istədiyi qiymətə satmamalıdır?! İstənilən məhsulun qiyməti satıcı və alıcı çox olduqda dəyişir.
Enerji sektorunda bir neçə müəssisə elektrik enerjisinin istehsalı ilə məşğuldursa, qiyməti də istehsalçı təyin edir. Amma bizdə vəziyyət fərqlidir. Dövlət inhisarında olan mal və məhsulların qiymətini, buna tənzimlənən qiymətlər də deyilir, bir qurum – Tarif Şurası müəyyən edir. Qiymətlərin müəyyənləşməsi bir qurumun əlində cəmlənib. Bu da dövlətin müəyyənləşdirdiyi istiqamətdir.
Qeyd edək ki, bir müddət əvvəl Milli Məclisin toplantısında bir qrup millət vəkili Tarif Şurasının qiymət siyasətinə etiraz bildirdi, hətta təklif edildi ki, şuranın səlahiyyətləri Milli Məclisə verilsin. İqtisadçı isə hesab edir ki, deputatlar populist çıxışlar etmək əvəzinə konkret qanun layihəsi ortaya qoymalıdırlar:
- Qanun layihələrini hazırlayan millət vəkilləridir. Millət vəkilləri Tarif Şurasının səlahiyyətlərini mənimsəmək istəyirlərsə, qanun qəbul etsinlər. Qanun layihəsini də əvvəlcədən ictimaiyyətə təqdim etsinlər, baxaq, sonra müzakirəyə başlasınlar. Hesab etmirəm ki, Tarif Şurasının səlahiyyətlərinə sahib olmaq deputatlara başucalığı gətirəcək. Qiymətləri artıran qurumu xalq sevmir. Tarif Şurası da qiymətləri xoş günündən, ağ günündən qaldırmır. Deməli, bu qiymət artımı dövlətə lazımdır ki, qaldırılır. Millət vəkilləri Tarif Şurasının taleyini yaşamağı istəməzlər, məncə.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanın dostu da parlamentə düşdü
00:58 28.10.2026
Son dəqiqə
İsraildə seçici fəallığı: 53 ildən sonra ən yüksək nəticə
00:19 28.10.2026
Gündəm
BCM yeni prokurorunu 2027-ci ilin dekabrında seçəcək
00:06 28.10.2026
Gündəm
Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq
23:48 27.10.2026
Cəmiyyət
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
22:45 27.10.2026
Aktual
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq
Azərbaycanda icra başçısı cərimələndi
20:09 27.10.2026
Hadisə
Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb
20:08 27.10.2026
Sosial
Alman alpinist Nepalda 1500 metr yüksəklikdən yıxıldı
20:05 27.10.2026
Hadisə
Gizem Karaca kədərli xəbəri açıqladı: 12 illik dostunu itirdi
19:55 27.10.2026
Hadisə
Abbas Hüseynov "Qarabağ"dan ayrıldı
19:49 27.10.2026
Futbol