Qızılın qiyməti 4 750 dolları ötüb

Qızılın qiyməti mayın 11-dən bəri ilk dəfə bir troya unsiyası üçün 4 750 dollar həddini keçib.

Teleqraf xəbər verir ki, bunu “Comex” birjasının ticarət məlumatları göstərir.

Məlumata görə, dekabrda çatdırılmaqla qızıl fyuçerslərinin qiyməti 1,51 faiz artaraq bir troya unsiyası üçün 4 751,5 dollara yüksəlib.

Daha sonra bahalaşma sürətlənib və qızılın qiyməti 1,56 faiz artımla 4 753,7 dollara çatıb.