“Sahibkarlar üçün icarə vergisi də iki dəfə endiriləcək" - Deputat
Turan
14:05 10.06.2020
İqtisadiyyat
1329
“Fərdi sahibkar üçün vergi və sosial haqqlar da 2 dəfə aşağı salınıb, əmlak və torpaq vergisi sıfırlanıb. Sadələşdirilmiş vergi azaldılıb”
“Bu da sahibkarların dövlət tərəfindən daha yaxından dəstəklənməsinə imkan verəcək”
Prezident İlham Əliyev 3 modul tipli xəstəxananın açılış mərasimində çıxış edərkən koronavirus pandemiyasının Azərbaycan iqtisadiyyatına təsirlərindən danışıb. Dövlət başçısı vurğulayıb ki, bir çox inkişaf etmiş ölkələrlə müqayisədə bizdəki tənəzzül çox kiçikhəcmlidir. Ölkə rəhbəri bəyan edib ki, nəticələrdə kiçik də olsa, artım var - 0,2 faiz: “Ancaq təxmin edirdim ki, 5 ayın yekunları tənəzzülü əks etdirəcək, belə də oldu. Mənə verilən məlumata görə, ümumi daxili məhsul 5 ayda 1,7 faiz aşağı düşüb. Bununla paralel olaraq bildirməliyəm ki, sənaye istehsalı bir qədər artıb. Qeyri-neft sektorunda sənaye 14 faiz artıb. Kənd təsərrüfatı 3,6 faiz artıb. İnsanların orta əməkhaqqı 740 manata yaxınlaşıb. Bu, təqribən 430 dollardan çoxdur. İnflyasiya 3 faizdən aşağıdır, yəni proqnozlaşdırılmış səviyyədədir”. Prezident qeyd edib ki, bütövlükdə baxanda ölkəmizin iqtisadi fəaliyyəti də bu müddət ərzində çox uğurlu olub. Ölkə başçısı diqqətə çatdırıb ki, iqtisadiyyat tənəzzülə uğrasa da, bərpa ediləcək, insanların həyatını isə bərpa etmək mümkün deyil. İnsanların həyatı qiymətsizdir”. Dövlət rəhbərinin toxunduğu məsələni şərh edən ekspertlər də bildiriblər ki, mövcud iqtisadi zərərlərə rəğmən, problemləri qısa zamanda aradan qaldırmaq mümkün olacaq. Ona görə də digər ölkələrlə müqayisədə Azərbaycanın iqtisadi vəziyyəti qənaətbəxş hesab edilməlidir.
Ölkə rəhbərinin diqqət yönəltdiyi məqamı “Sherg.az”a dəyərləndirən millət vəkili, iqtisadçı Vüqar Bayramov deyib ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafı ilə bağlı aparılan islahatlar bu sahədə artım tempinin qorunub saxlanmasına imkan verdi.
Deputatın sözlərinə görə, qlobal çətinliklər var, neftin qiyməti aşağı düşüb və pandemiya sosial təcrid siyasətinin keçirilməsini zəruri edib:
“Buna rəğmən qeyri-neft sektorunda, dövlət büdcəsinə gəlirlərin formalaşmasında artım qeydə alınıb. Bu da Azərbaycanda qeyri-neft sektorunun ümumi iqtisadi artımda mühüm rol oyandığından xəbər verir. Qeyri-neft sektorunda bir sıra prioritet istiqamətlər postpandemiya dövründə əsas inkişaf etdirilməli sektorlar kimi nəzərdə tutulur. Məsələn, kənd təsərrüfatı, emaledici sənaye, ticari xidmət sektoru postpandemiya dövrü üçün prioritet sektorlar sayılır. Postpandemiya dövründə əsas hədəflərdən biri qeyri-neft sektorunun inkişafı hesabına ümumi iqtisadi artım tempinin qorunub saxlanmasıdır. Nəzərə alaq ki, qlobal azalma dünya iqtisadiyyatına birbaşa təsir göstərir. O baxımdan post-pandemiya dövründə sahibkarların dövlət tərəfindən daha yaxından dəstəklənməsi prosesi həyata keçiriləcək”.
V.Bayramov bildirib ki, vergi güzəştləri paketi Prezident tərəfindən təsdiq olunub:
“Bu paket sahibkarların geniş mənada vergi güzəştlərindən istifadəsinə imkan verəcək. Sahibkarlar kifayət qədər böyük miqdarda güzəştləri əldə edəcək. Fərdi sahibkar üçün vergi və sosial haqqlar 2 dəfə aşağı salınıb. Pandemiyadan əziyyət çəkən sektorlarda fəaliyyət göstərən sahibkarlar üçün əmlak və torpaq vergisi sıfırlanıb. Sadələşdirilmiş vergi azaldılıb. İcarə vergisi də iki dəfə endiriləcək. Digər tərəfdən güzəştli kreditlərin həcminin artırılması nəzərdə tutulur ki, bu da sahibkarların dövlət tərəfindən daha yaxından dəstəklənməsinə imkan verəcək. Xüsusən, 1 milyard manata yaxın kredit portfelinə subsidiya tətbiq edilməsi, əlavə yarım milyard manatın güzəştli kreditlərə ayrılması, kreditlərin 60 faizinə dövlət zəmanətinin verilməsi çox mühüm addımlardır. Bunlar göstərir ki, Azərbaycan post-pandemiya dövründə sahibkarların daha çox dəstəklənməsi prosesini həyata keçirəcək. Bu da imkan verəcək ki, pandemiyanın təsirlərini qısa zamanda minimumlaşdıra, sürətli iqtisadi artıma mərhələli şəkildə nail ola bilək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi