Sosial yardımın verilmə müddəti 1 ilə endirilir – SƏBƏB?
Şəymən Bayramova
11:42 01.06.2020
İqtisadiyyat
1085
“İcra hakimiyyəti nümayəndələrinin sosial yardımların təyin olunmasına müdaxiləsi halları ilə bağlı çox faktlar vardı”
“Ümid edirəm ki, prosesin təkmilləşdirilməsi vəsaitin təyinatı üzrə istifadəsinə zəmin yaradacaq”
Azərbaycanda aztəminatlı ailələr üçün nəzərdə tutulan ünvanlı dövlət sosial yardımının ödəniş müddəti 2 ildən 1 ilə azaldılır.
Bununla bağlı məsələ "Ünvanlı dövlət sosial yardımı haqqında" qanuna dəyişiklikdə öz əksini tapıb. Dəyişikliyə əsasən, qanunun 8.1-ci maddəsində "2 il" sözləri "1 il" sözləri ilə əvəz edilir. Müzakirələrdən sonra dəyişiklik səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Sözgedən dəyişikliyi şərh edən bəzi ekspertlərə görə, ilk baxışdan neqativ təsir bağışlasa da, sosial yardımın təyin olunması müddətinin azaldılması pozitiv haldır. Bu dəyişiklik insanlarda iqtisadi aktivliyin formalaşdırılması mahiyyətini daşıyır.
İqtisadçı ekspert Fuad İbrahimov isə hesab edir ki, bu zaman aztəminatlı şəxslərə fərdi şəkildə yanaşmaq lazımdır. Ekspertin sözlərinə görə, 1 il bitəndən sonra şəxsin işləmək üçün potensialı olmazsa və yaxud şəxsin gəliri ehtiyac meyarına uyğun gəlməzsə, onlar ünvanlı sosial yardım almaqda davam etməlidirlər.
Hazırda sözügedən dəyişikliyin əhalinin xeyrinə və ziyanına olması ilə bağlı konkret fikir bildirməyin düzgün olmadığını vurğulayan ekspert deyib ki, hər şey icra mexanizmindən asılı olacaq:
"Düşünürəm ki, sosial yardımın təyin olunması müddətinin azaldılması şəffaflığın bərqərar olmasına yönəlik bir addımdır. Sosial yardım sisteminin təkmilləşdirilməsi ilk növbədə bu sahədə həqiqətən ehtiyacı olan insanlara müvafiq şəraitin yaradılmasına imkan verəcək.
İcra hakimiyyəti nümayəndələrinin sosial yardımların təyin olunmasına müdaxiləsi və bundan qərəzli şəkildə istifadə halları ilə bağlı çox faktlar vardı. Ümid edirəm ki, prosesin təkmilləşdirilməsi vəsaitin təyinatı üzrə istifadəsinə zəmin yaradacaq.
Sosial yardıma ehtiyacı olan kateqoriyaya aid olmayan insanların imtiyazlara yiyələnməsi və həqiqətən yardıma ehtiyacı olan vətəndaşların müəyyənləşdirilməsi lazımdır. Vətəndaşlar bilməlidir ki, bu imtiyazlar həqiqətən də onlara verilib".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi